NASA Yer planetini mümkün meteorit fəlakətindən qorumaq üçün hərəkətə keçib.
Bizim.Media xəbər verir ki, NASA trayektoriyasını dəyişdirmək üçün asteroidə qəsdən çırpılma missiyasına başlayacaq.
Bu, bəşər tarixində Günəş sisteminin “qravitasiya rəqsinə” müdaxilə etmək üçün ilk cəhd olacaq.
Çəkisi 610 kiloqram olan DART kosmik gəmisinin sabah Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX Falcon 9” raketi ilə buraxılması planlaşdırılır.
DART uğurlu olarsa, Günəş sistemindəki obyektin dinamikasını ölçüyə uyğun dəyişmiş olacaq.
Bizim.Media