Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.
Bizim.Media xəbər verir ki, insident gecə saatlarında baş verib.
Qeyd edilir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.
NOVA telekanalı isə hadisə nəticəsində 46 nəfərin öldüyünü bildirib. Qəza zamanı daha xəsarət alan 7 nəfərdən 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerində təhqiqat işləri davam edir.
Bizim.Media