Bəhreyndə terror hücumu həyata keçirmək istəyən İrana bağlı silahlı şəxslər saxlanılıb.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, həmin şəxslərdən İrandan Bəhreynə gətirilmiş çoxlu sayda silah və partlayıcı maddələr aşkar edilərək götürülüb.
Qeyd edək ki, son bir neçə ildə Bəhreyndə dəfələrlə terror törətmək istəyən İranla əlaqəli şəxslər ələ keçirilib.
Bizim.Media