21 yaşlı rusiyalı gənc Minsk şəhərində həbs edilib. O, Belarusda nifrət və iğtişaşlara çağırışda ittiham olunur.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarusun Baş Prokurorluğu yayıb.
Mənbə yazır ki, cinayət işi məhkəməyə göndərilib.
Xatırladaq ki, yanvarın 19-dan mayın 21-dək həmin şəxs Telegram çatlarından birinə səsli mesajlar göndərib, orada istifadəçiləri hakimiyyəti ələ keçirməyə və zorakılığa inandırıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənfi imicini formalaşdırıb.
Bizim.Media