Vaşinqton Avropa İttifaqındakı (Aİ) müttəfiqlərinə xəbərdarlıq edib ki, Moskva ilə blok arasında miqrantlar və enerji təchizatı ilə bağlı gərginlik yarandığı üçün Rusiya Ukraynaya hücum etmək planını nəzərdən keçirə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda Bloomberg öz mənbələrinə istinadən informasiya yayıb.
“Vaşinqton Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə yığılmasını diqqətlə izləyir. Bu baxımdan Aİ-dəki həmkarlarına mümkün hərbi əməliyyatla bağlı məlumat ötürüb”, - deyə mesajda bildirilir.
Bizim.Media