Avropada koronavirusla bağlı vəziyyət yenidən pisləşib.
Bizim.Media xəbər verir ki, xüsusən Almaniyada yoluxanların və ölənlərin sayı artmaqdadır.
Son sutkada bu ölkədə 50 min 196 nəfər COVID-19-a yoluxub. Bununla da ümumilikdə yoluxanların sayı 4.89 milyona çatıb.
Hesabat dövrü ərzində 235 nəfər ölüb. Bununla da vəfat edənlərin sayı 97 min 198-ə yüksəlib.
Bizim.Media