"Instagram" sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.
Bizim.Media-nın məlumatına görə, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri "Twitter" səhifəsində yazıb.
O bildirib ki, "Take a break" (“Fasilə ver”) funksiyası sınaqdan keçirilməyə başlanıb. Bu, istifadəçiyə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün proqramda xatırlatma almağa imkan verəcək.
Sınaqlar uğurlu olacağı təqdirdə funksiya dekabr ayında tam istifadəyə keçəcək.
Hazırda bu funksiya yalnız bəzi istifadəçilərdə mövcuddur.
Bizim.Media