Avropa İttifaqının səlahiyyətliləri miqrasiya böhranı ilə bağlı Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayır. Bunun bir hissəsi kimi Rusiyanın “Aeroflot” şirkətinə sanksiyaların tətbiqi imkanları müzakirə edilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Bloomberg nəşri avropalı rəsmiyə istinadən yayıb.
Yeni sanksiyalar paketinin hədəfi miqrantların Belarus vasitəsilə Avropa İttifaqının sərhədlərinə çatdırılması ilə məşğul olan şəxslər və şirkətlər olacaq.
Bloomberg-in həmsöhbətinin sözlərinə görə, “Aeroflot”dan başqa, Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti də sanksiya siyahısına düşə bilər.
Bizim.Media