İranın İsfahan şəhərində əkinçilərin etiraz aksiyaları davam edir.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, bu gün əkinçilər Xacu körpüsü üzərinə toplaşaraq etiraz mitinqi keçiriblər.
Onlar su probleminin həlli başda olmaqla bir sıra tələblər irəli sürüblər.
Xatırladaq ki, artıq bir neçə gündür ki, İsfahanda əkinçilər kütləvi etiraz mitinqləri keçirirlər.
Bizim.Media