Ukraynalı aktyor, "Döyüşə qocalar gedir" filminin ulduzu Vladimir Talaşko Kiyev milli teatr, kino və televiziya universitetindən çıxıb.
Bizim.Media xəbər verir ki, aktyor 17 yaşlı tələbəyə təcavüzdə ittiham olunub. Aktrisa Viktoriya Muştey "Facebook" səhifəsində bildirib ki, aktyor öz ərizəsi ilə işdən çıxıb.
Hazırda universitetdə faktla bağlı araşdırma aparılır.
62 yaşlı aktyor isə faktın yalan olduğunu bildirib (milli.az).
Bizim.Media