Dünyada koronavirusa yoluxma hallarının sayı 240 milyonu keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Ölənlərin sayının 4,9 milyona yaxınlaşdığı qeyd olunub.
Məlumata əsasən, dünyada 240 260 449 insan koronavirusa yoluxub və 4 890 424 ölüb. Yoluxanların sayı oktyabrın 15-dən 810 462 nəfər, ölüm halları isə 10 830 nəfər artıb.
Bizim.Media