Rusiya Federasiyası NATO hərbi missiyasının fəaliyyətini dayandırır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi və NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti də dayandıracaq.
Rəsmi Moskva bu qərarı Şimal Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri çağırılması haqda addımına cavab olaraq verib.
Bizim.Media