Əfqanıstanda məcidində törədilən terror aktında həlak olanların sayı 150 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 200 nəfər yaralanıb.
Ölən və yaralanalar arasında uşaqlar və yeniyetmələr də var.
Qeyd edək ki, cümə günü Qunduz əyalətinin Seyid Abad məcidində namaz zamanı partlayış törədilib.
İlkin məlumata görə, kamikadze məscidin daxilində partlayıcı qurğunu işə salıb. Partlayışa görə məsuliyyəti İŞİD silahlı qruplaşması öz üzərinə götürüb.
Bizim.Media