Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə "3 + 3" formatının yaradılmasının mümkünlüyü müzakirə edilir.
Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Lavrov İranın xarici işlər naziri Hüseyn Amir Abdollahian ilə keçirdiyi mətbuat konfransında deyib ki, bu kontekstdə bu gün üç Cənubi Qafqaz ölkəsi və onların üç böyük qonşusu - Rusiya, İran və Türkiyənin iştirakı ilə “3 + 3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik.
Lavrov İranın bu təşəbbüsə Türkiyə və Azərbaycan kimi müsbət münasibət bəslədiyini qeyd edib.
“Biz erməni həmkarlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstan da yaşadığı bütün problemlərə baxmayaraq, bu bölgənin inkişafı ilə bağlı qərarlar qəbul etməyə maraq göstərəcək", deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Bizim.Media