Pandemiya səbəbiylə bütün Rusiyada kütləvi tədbirlər ləğv edilir.
Bizim.Media xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.
Popovaya görə, Rusiyada COVID-19 ilə bağlı vəziyyət son dərəcə gərgindir:
“Son 39-cu həftənin məlumatları daha 14% artıb. Yoluxma kifayət qədər sürətlə çoxalır”. Kommersant qəzeti Popovanın dediklərindən sitat gətirib.
Rospotrebnadzor rəhbəri təqaüdçülər arasında yoluxmanın maksimum artdığını qeyd edib:
"Yaşlı insanlar, təəssüf ki, bu gün digər yaşdakı insanlardan daha tez xəstələnirlər".
Daha əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin Rusiyanın paytaxtında koronavirusla bağlı vəziyyətin həyəcanverici olduğunu söyləyib.
Bizim.Media