İranın qərb hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı yayıb.
Mənbə bildirir ki, bazar ertəsi Bakı vaxtı ilə saat 06: 39-da baş verən zəlzələnin episentri İraqla sərhəddən təxminən 185 km məsafədə Mesjede-Süleyman şəhərindən 47 km şimal-şərqdə olub.
Zəlzələ ocağında baş verən sarsıntı intensivliyinə görə "dağıdıcı" kimi qiymətləndirilir.
Bizim.Media