Taliban əyalətlərdən Kabilə gələrək parklarda gecələyən insanları öz evlərinə köçürməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Khaama Press" məlumat yayıb.
Məlumata görə, iki mindən çox ailə Əfqanıstanda döyüşlər başlayan zaman ölkənin şimalında paytaxt Kabilə pənah gətirmişdilər. Son iki ayda isə onlar yalnız Kabilin parklarında yaşayırdı.
Bizim.Media