Almaniya və bütövlükdə Avropa İttifaqı "Şimal axını-2" ilə bağlı Ukraynaya açıq şəkildə "atıb".
Bizim.Media xəbər verir ki, bu fikirləri "Naş" telekanalının efirində ukraynalı politoloq Taras Zaqorodnı bildirib.
"Bir şeyi başa düşməliyik: böyük ehtimalla Almaniyada keçirilən seçkilərdən sonra heç nə dəyişməyəcək. Buna görə də Yaşılların qalib gələcəyi, Nord Stream 2 və ya başqa bir şeyi dayandıracaqlarına dair bütün ümidlər əslində gerçəkləşmədi", deyə o, qeyd edib.
O hesab edir ki, Almaniya ilə Rusiya arasında münasibətlər yaxşılaşır.
Politoloq "Avropa dəyərləri və sair haqqında bizə söylədikləri boş şeydir" deyib.
Zaqorodnı AFR və AB ilə praqmatik əlaqələrə keçməyin və Qərb tərəfdaşlarının Ukraynaya söylədiklərini ayıq bir şəkildə qiymətləndirməyin lazım olduğunu söyləyib.
O, "iqtisadi müstəviyə təzyiq" etməyə çağırıb və qeyd edib ki, indi Ukrayna ilə Aİ arasındakı münasibətlər "metropol-koloniya" kimi görünür. Ukraynadan qaynaqlar çıxarılır, məqsəd və maraqları ona tətbiq olunur.
Bizim.Media