ABŞ hərbçiləri Suriyanın cənub-şərqindəki Deyr əz-Zor əyalətində üç nəfəri güllələyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Suriyanın SANA dövlət agentliyi mənbələrə istinadən yayıb.
Nəşr yazır ki, ABŞ hərbçiləri Ash Shuheil kəndində vertolyotlardan enərək evlərə və əkin sahələrinə atəş açaraq 3 nəfəri öldürüb.
Qeyd edək ki, ABŞ ordusu Suriyanın şimal və şimal-şərqində ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Əl-Hasəkə və Rakka əyalətlərinə qanunsuz olaraq nəzarət edir.
Rəsmi Dəməşq dəfələrlə ABŞ ordusunu işğalçı və neft oğurlayan pirat adlandırıb.
Bizim.Media