Kaliforniya ştatının qubernatoru Qevin Nyusom "xarici vətəndaş" və ya "əcnəbi" ifadələrini köhnəltmiş hesab edərək bir sənəd imzalayıb.
Bu səbəbdən həmin ifadələr ştatın qanunlarından silinəcək və digər "daha uyğun sözlər" ilə əvəz ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə qubernatorun ofisi məlumat yayıb.
İndi Kaliforniyadakı əcnəbilərə "vətəndaşlığı olmayanlar" və ya "mühacirlər" deyiləcək.
"Bu vacib qanun təhqiramiz deyil, həm də çox uzun müddətdir ki, mübahisələrə səbəb olan “əcnəbi” sözünü aradan qaldırır. Bu termini dəyişdirərək, Kaliforniya qanunlarının dəyərlərini əks etdirməsini təmin edirik", - deyilir.
Nyusom xatırladıb ki, Kaliforniya "immiqrant siyasətini təbliğ etməkdə" ABŞ-da liderdir.
Bizim.Media