Ukrayna Prezidenti Vladimir Zelenski Donbasın "heç vaxt Rusiya ərazisi olmayacağını" söyləyib və Rusiyanı sevənlərə, bölgənin ora birləşdirilməsini istəyənlərə "Rusiyada özlərinə yer axtarmağı" təklif edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.
"İşğal altında olan Donbass və Krım sakinləri dəqiq başa düşməlidirlər. Bu, o demək deyil ki, kimsə kimisə harasa qovur. Sadəcə məni başa düşməklərini istəyirəm. İnanıram ki, bu gün müvəqqəti olaraq işğal edilmiş Donbasın ərazisində yaşamağınız və “Haqlıyıq, bizə Rusiya lazımdır, ruslarıq" deməyiniz doğru deyil. Donbasda qalmağınız böyük səhvdir. Bura heç vaxt Rusiya ərazisi olmayacaq. Bu, Almaniyada olan divar kimidir. Hər halda, insanlar tarixi andan istifadə edəcək və divar çökəcək.
Razılaşmasalar, insanlar yenə də o məqamdan istifadə edəcəklər”. Zelenski “Dom” qəzetinə müsahibəsində belə deyib.
Ukrayna lideri Donbas sakinlərinə müraciət edərək özünü ukraynalı hesab edənlərə bu ərazini tərk etməməyi tövsiyə edib.
Bizim.Media