İngiltərədə komada olan koronavirus xəstəsi əkiz körpə dünyaya gətirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, tibb işçisi olan koronavirus xəstəsi əkizləri dünyaya gətirdikdən 16 gün sonra gözlərini açıb.
Maraqlı hadisədən təəcübləndiyini bildirən Perpetual Uke adlı qadın, hamilə olarkən koronavirus xəstəliyinə tutulduğunu bildirib.
Xəstəxanadan qeyd edilib ki, xəstə süni tənəffüs aparatına qoşulu olarkən, 26-cı həftədə qeysəriyyə əməliyyatı ilə əkizləri dünyaya gətirib.
Məlumata görə, ana və uşaqlar 116 gün sonra evə buraxılıb, vəziyyətlərii yaxşıdır.
Bizim.Media