Britaniyada 29 yaşlı ata hirsindən qızını ölümcül döyüb.
Bizim.Media xəbər verir ki, valideynin hirslənməyinə səbəb qızının "Call of duty" oyununa mane olması idi.
2020-ci il dekabrın 3-də baş verən hadisənin bugünkü məhkəməsində Cordan Li bildirib ki, həmin gün evdə uşağa baxmalıydı, çünki qızının anası işdəydi.
Atasına oyun oynamağa imkan verməyən dəcəl uşaq valideyninin qəzəbinə tuş gəlib. Hakimə cavab verən Li iddia edir ki, özü oyun oynayarkən uşaq divandan yıxılıb.
Amma araşdırmalar göstərib ki, ölümə səbəb döyülmənin səbəb olduğu kəllə-beyin zədəsidir. Belə ki, uşaq xəstəxanaya aparılandan 3 gün sonra vəfat edib.
Məhkəmə işi davam edir.
Ekspertlərin fikrincə, valideyn olmağa hazır olmayanlar uşaq sahibi olmağa tələsməli deyil. Həmçinin övladınıza elə tərbiyə verməlisiniz ki, gələcəkdə bu cür problemlər yaşanmasın.
Bizim.Media