BTQ-nin icraçı direktoru Venesuelada beynəlxalq konfransda ÇIXIŞ ETDİ - VİDEO

“Azərbaycan müstəqillik uğrunda mübarizə aparan xalqlar üçün qlobal platformadır”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Venesuelada keçirilən “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxışında bildirib.

Abbas Abbasovun sözlərinə görə, yaradıldığı gündən etibarən BTQ BMT-nin müxtəlif qərargahlarında və dünyanın bir çox şəhərlərində 40-dan artıq beynəlxalq tədbir təşkil edib. Bu tədbirlərdə siyasi liderlər, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilərək geniş dialoq platforması yaradılıb:

“Bu gün keçirilən konfransın əsas mövzusu təşkilatımızın missiyası ilə tam uyğunluq təşkil edir. Belə ki, Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir. Bu kontekstdə, BTQ neokolonializmin reallıqlarını və onun təzahürlərini beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarıb.

Məlum olduğu kimi, Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı beynəlxalq konfransda Dənizaşırı ərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq qeyri-hökumət təşkilatı statusuna malik Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib. Beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə tam sadiqlik nümayiş etdirən təşkilatımızın fəaliyyəti müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvinə, dekolonizasiya hüququnun təşviqinə, eləcə də müstəmləkə hökmranlığının davamlı təzahürlərindən əziyyət çəkən xalqlara dəstək verilməsinə həsr olunub.
 

Yarandığı gündən BTQ qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformaya çevrilib. Son iki il ərzində biz BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksək səviyyəli tədbir təşkil etmişik.


Beynəlxalq tədbirlərimiz müstəmləkəçiliyin müxtəlif aspektlərinə – ekoloji, mədəni, sosial, təhsil və səhiyyə sahələrindəki təsirlərə həsr olunmuşdur. Bu tədbirlər çərçivəsində siyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusi məruzəçilər və hələ də müstəmləkə hökmranlığı altında olan ərazilərin vətəndaş cəmiyyəti təşkilatları bir araya gətirilərək geniş dialoq və əməkdaşlıq platforması yaradılıb”.

İcraçı direktor qeyd edib ki, BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıda təşkil edilən Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresinin keçirilməsi olub: “Bu tədbir çərçivəsində Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasına dair təsis bəyannaməsini imzalayıblar. Bu əlamətdar addım müstəmləkə əsarəti altında fəaliyyət göstərən hərəkatların kollektiv səsini birləşdirmiş və onların beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyəti üçün möhkəm təməl olub.

Digər mühüm nailiyyətlərindən biri də BTQ tərəfindən hazırlanmış hesabatın BMT Baş Katibi tərəfindən 2025-ci ildə təqdim edilən “Afrika Mənşəli Şəxslər üçün Beynəlxalq Onilliyin Fəaliyyət Proqramının İcrası”na dair məruzəsində qeyd olunmasıdır.

Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın Dördüncü Komitəsi (C4) Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil edib, hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini verib.
Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər və aksiyalar təşkil edib. Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosial nəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərini göstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləri məhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri və müstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altına qoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olub.

Bununla yanaşı, BTQ analitik mərkəz qismində fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksək səviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlamaqdadır.

İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dən artıq nəşr dərc edib. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarə olunması üzrə beynəlxalq ekspert, Korlayl Korbin tərəfindən yazılmış “Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil” adlı əlamətdar əsər xüsusi əhəmiyyətə malikdir. Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir. Bu xüsusda, Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeri və qlobal platformadır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

End of content

No more pages to load

RADİO