Yeni Kaledoniyanın müstəqillik tərəfdarları Bujival razılaşmasından öz imzalarını GERİ ÇƏKİBLƏR

Kanakinin (Yeni Kaledoniya) müstəqilliyi uğrunda mübarizə aparan Kanak Milli Sosialist Azadlıq Cəbhəsi adından (FLNKS) Bujival razılaşmasını imzalayan səlahiyyətli nümayəndələr Fransa prezidentinə, baş nazirinə, Milli Assambleyanın və Senatın sədrlərinə, habelə Fransanın Kanakidə yerləşən prefektinə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə FLNKS-in Bujival razılaşmasına dair imzaların geri çəkilməsi ilə bağlı məlumatında deyilir.

Məktubda Bujival razılaşmasını imzalayan FLNKS nümayəndələri 12 iyul 2025-ci ildə atdıqları imzaları rəsmi şəkildə geri çəkdiklərini qeyd edərək, həmin imzaların yalnız müzakirə üçün təqdim olunan layihəyə aid olduğunu və yekun xarakter daşımadığını vurğulayıblar.
 

Eyni zamanda, həmin imzaların Fransanın rəsmi jurnalında dərc edilməsi, onların Fransa tərəfindən məqsədyönlü şəkildə təhrif edilərək, "tarixi saziş" kimi təqdim olunması məsələnin mahiyyətinin dəyişdirilməsi və siyasi məqsədlər üçün sui-istifadəsi kimi qiymətləndirilib. Bu ilin avqustun 9-da keçirilmiş FLNKS-in 45-ci Qurultayında sözügedən Bujival razılaşması layihəsi yekdilliklə rədd edilib və FLNKS-in siyasi bürosuna imzaların sui-istifadəsinə qarşı hüquqi müstəviyyə daxil, müvafiq tədbirlər görmək üçün mandat verilib.


Məktubda Fransa tərəfindən güc yolu ilə Bujival razılaşmasının bəndlərinin yerinə yetirilməsi metodları qəti şəkildə pislənir, onların Kanakinin müvafiq orqanlarının suverenliyinə qarşı hörmətsizlik kimi dəyərləndirilir. Bir daha vurğulanır ki, irəliləyiş üçün yeganə legitim yol beynəlxalq hüquqda müəyyən edilən dekolonizasiya prosesinin reallaşmasıdır. Buna görə də imzalarının rəsmi şəkildə geri çəkildiyi və bu barədə Fransa hakimiyyət orqanları və müvafiq tərəfdaşlara dərhal məlumatın verilməsi tələb edilir.

Xatırladaq ki, sentyabrın 25-də Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-York şəhərində Yeni Kaledoniyadan olan müstəqillik hərəkatının təmsilçilərinin də iştirakı ilə Bujival razılaşmasının ağır fəsadlarına həsr olunmuş beynəlxalq konfrans keçirib.

Bujival razılaşması isə iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanakinin (Yeni Kaledoniya) əsas siyasi qüvvələri arasında imzalanıb. Kanakinin statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edən bu razılaşma faktiki olaraq onun tam müstəqilliyini məhdudlaşdırıb. (mənbə: report.az)
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

End of content

No more pages to load

RADİO