Qəzzada aclıqdan 453 fələstinli həyatını itirdi

İsrailin hücumları və blokadası nəticəsində Qəzza zolağında aclıqdan ölən fələstinlilərin sayı 453-ə çatıb. Onlardan 150-si uşaqdır. Bu dəhşətli rəqəmlər humanitar fəlakətin miqyasını açıq şəkildə göstərir.

Bizim.Media xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq böhranı getdikcə daha çox insanın ölümünə səbəb olur. 7 oktyabr 2023-dən bu yana aclıqdan ölənlərin ümumi sayı 453 nəfərə çatıb, onlardan 150-si uşaqlardır.

Qeyd olunub ki, BMT tərəfindən dəstəklənən İnteqrə olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqustda Qəzzada aclıq elan etdikdən sonra, aclıq və qidalanma çatışmazlığı səbəbindən 35-i uşaq olmaqla 175 nəfər ölüb.

Xatırladaq ki, İsrailin hücumları və humanitar yardımların girişinə qoyduğu məhdudiyyətlər nəticəsində Qəzza zolağı aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin tapılmadığı böyük bir humanitar böhran yaşayır.

Aclıq səbəbindən, xüsusilə uşaqlar arasında ölüm halları artır. Yerli və beynəlxalq dairələr İsrailin “aclıq və susuzluğu silah kimi istifadə etdiyini” bildirirlər.

İsrail ordusu həmçinin mülki infrastrukturu dağıdaraq Qəzzanın 88%-ni yerlə-yeksan edib, məcburi köçürmə əmrləri ilə evlərindən didərgin salınan fələstinliləri də yaşadıqları bölgələrdə tez-tez hədəf alır.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları və sürgün əmrləri nəticəsində 2 milyon insan evindən didərgin düşüb. Onların çoxu dəfələrlə köçməyə məcbur qalıb.

Əsas ehtiyaclardan məhrum vəziyyətdə köçkünlər bərbad vəziyyətdə olan çadırlarda və ya həddindən artıq sıxlıq içində, gigiyena şəraiti zəif olan yerlərdə və yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə yaşamağa çalışırlar.

İsrail ordusu isə hər gün hücumlar edərək köçkünlərin çadırlarını və sığınacaqlarını bombalamağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

End of content

No more pages to load

RADİO