Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Artıq ABŞ-ın Tramp adminstrasiyası Mərkəzi Asiya regionu, xüsusən də Özbəkistan və Qazaxıstan, habelə yenidən Əfqanıstanda möhkəmlənmək kursu götürüb. Ən azından Ağ Evin atdığı son addımlar belə düşünməyə əsas verir.

Özbəkistan və Qazaxıstanla əməkdaşlıq

Xəbər verdiyimiz kimi, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nyu-Yorkda Amerika şirkətlərinin rəhbərləri ilə ölkədə kritik mineralların istehsalı sahəsində tərəfdaşlığı müzakirə edib.
 

ABŞ-ın “Traxys” şirkəti ilə 1 milyard dollar dəyərində perspektivli kəşfiyyat və yataqların işlənməsi layihələri portfeli formalaşdırılıb və mühüm faydalı qazıntıların hasilatı, emalı və davamlı təchizat zəncirlərinin yaradılması sahəsində qabaqcıl texnologiyaların və təcrübənin tətbiqi üçün şirkətlə müqavilə və yol xəritəsi imzalanıb. FLSmidth Özbəkistanın mis sənayesinin inkişafında fəal iştirak edir. McKinsey ilə birlikdə ölkənin xammal bazasının inkişafı, potensialın genişləndirilməsi və dağ-mədən sənayesinin köklü transformasiyası üçün strategiya işlənib hazırlanıb. Go Green Partners isə perspektivli ərazilərdə geoloji kəşfiyyat aparmağı planlaşdırır.

 

Bundan başqa, ABŞ-ın Boeing korporasiyası ilə Özbəkistan Airways arasında müqavilə imzalanıb. Sazişə əsasən Özbəkistan tərəfi ABŞ-dan 22 ədəd uzaqmagistrallı Boeing 787 Dreamliner təyyarəsi alacaq. Müqavilənin məbləği 8 milyard dollar civarındadır. ABŞ bu təyyarələri 2031-ci ildə Daşkəndə verəcək.

Qazaxıstan prezidenti Jomart Tokayev isə ABŞ şirkətlərini minerallar sektorunda, o cümlədən uran və kömür, həmçinin elm, nəqliyyat, İT və digər sektorlarda əməkdaşlığa dəvət edib.

Tokayevin sözlərinə görə, Qazaxıstan dünyanın ən böyük təbii uran istehsalçısı kimi məhsulun 24 faizini ABŞ-a ixrac edir. Bu kontekstdə Tokayev strateji əhəmiyyətli vəzifənin həyata keçirilməsində Amerika enerji şirkətlərinin iştirakının vacibliyini vurğulayıb.

Bundan əvvəl isə məlumat verilirdi ki, ABŞ Qazaxıstandakı 19 strateji əhəmiyyətli mineral ilə maraqlanır.

Eyni zamanda, Qazaxıstanla ABŞ arasında Amerikadan 4 milyard dollar həcmində lokomotivlərin və dəmiryolu hissələrinin alınmasına dair müqavilə imzalanıb.

Amerika ordusu Əfqanıstana qayıdır?

Görünən odur ki, Tramp adminstrasiyası əməkdaşlıq sazişləri imzalamaqla Mərkəzi Asiyada möhkəmlənmək istəyir. Eyni zamanda, Amerika qoşunlarının yenidən Əfqanıstana qayıtması gündəmdədir. Tramp oradakı Bəhram hərbi bazasının ABŞ qoşunlarının ixtiyarına verilməsini təklif edib.
 

Prosesin gedişi onu deməyə əsas verir ki, dünya güclərinin diqqəti artıq Mərkəzi Asiya regionuna yönəlib. ABŞ-ın bu addımından əvvəl Avropa İttifaqı sözügedən region ölkələrilə 12 milyard dollarlıq müqavilələrə imza atmışdı. Çin isə Rusiyanın Ukraynaya başı qarışandan bəri regiona diqqətini artırıb. Rusiya isə düşdüyü vəziyyət səbəbindən bölgəyə əvvəlki tək nəzarət edə bilmir.

 

Görəsən, ABŞ-ın atdığı sözügedən addımlar fonunda Rusiyanın ardınca Çin də Orta Asiyanı itirəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, ABŞ-ın Qazaxıstan və Özbəkistanla kritik minerallar və energetika sahəsində imzaladığı əməkdaşlıq sazişləri Orta Asiyada yeni geosiyasi dinamika yaradır:

“Tramp administrasiyasının 2025-ci ildə bu ölkələrlə ticarət və investisiya çərçivələrini genişləndirməsi regionun iqtisadi diversifikasiyasını sürətləndirir. Bagram hava limanının ABŞ-ın əlindən çıxarılması sonrası yenidən qayıdış danışıqları Əfqanıstan vasitəsilə Orta Asiyaya təsir strategiyasının bir hissəsidir”.

Ekspert qeyd edir ki, Rusiya,Ukrayna müharibəsi səbəbindən Orta Asiyadakı ənənəvi təsirini itirir və bu boşluğu ABŞ doldurmağa hazırdır:

“Qazaxıstan Rusiya ilə əlaqələrini saxlasa da, Tramp administrasiyasının energetika təkliflərinə açıqdır, bu da Moskvanın hegemonluğunu zəiflədir. Özbəkistan Mirziyoyevin liderliyi ilə siyasətini ABŞ-ın iqtisadi yardımları ilə gücləndirir, Rusiyanın təsirini daraldır. Rusiya Orta Asiyanı itirmək riski ilə üz-üzədir, çünki Avrasiya İqtisadi İttifaqının mexanizmləri zəifdir”.

Çinə gəldikdə isə həmsöhbətimiz deyir ki, Pekin "Bir kəmər, bir yol" layihələri ilə regiona iqtisadi olaraq dərin inteqrasiya olunub:

“Pekinin təsiri daha çox iqtisadi asılılıq yaradır, lakin Orta Asiya ölkələri buna qarşı tarazlıq saxlamağa çalışır. ABŞ-ın Əfqanıstandakı mümkün qayıdışı Çinin Şincan vilayəti ilə qonşu regionda təhlükəsizlik narahatlığını artıracaq. Çin-Rusiya "limitsiz tərəfdaşlığı" Orta Asiyada koordinasiyanı çətinləşdirir, çünki hər ikisi rəqabətdən qaçmağa çalışır”.

Politoloq düşünür ki, Qazaxıstan və Özbəkistan ABŞ-ın təkliflərindən istifadə edərək Rusiya və Çindən asılılığı azaldacaq:

“Tramp-ın C5+1 formatını aktivləşdirməsi regionun geosiyasi balansını dəyişəcək. Çinin iqtisadi üstünlüyü qısa müddətdə tam itki riskini azaldır, lakin siyasi təsiri zəifləyə bilər. ABŞ-ın iqtisadi təklifləri hələ regionda Çinin ticarət həcmilə rəqabət apara bilmir. Orta Asiya ölkələri çoxvektorlu siyasətlə həm ABŞ, həm də Çinlə əməkdaşlığı balanslaşdıracaq. Nəticədə, Rusiya təsirini daha çox itirəcək, Çin isə iqtisadi hegemoniyasını qorumağa çalışacaq”.

Rüfət Sultan, Bizim.Media  

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Niyə bu qədər əsəbiyik?

Niyə bu qədər əsəbiyik?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək

Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Yaponiyada zəlzələ nəticəsində 20-dən çox şəxs xəsarət alıb

Yaponiyada zəlzələ nəticəsində 20-dən çox şəxs xəsarət alıb

Süni intellektlə bağlı yeni TƏHLÜKƏ

Süni intellektlə bağlı yeni TƏHLÜKƏ

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi

Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi

Azərbaycan mediası İlham Əliyevin səfərini işıqlandırmaq üçün Özbəkistana yola düşüb - VİDEO

Azərbaycan mediası İlham Əliyevin səfərini işıqlandırmaq üçün Özbəkistana yola düşüb - VİDEO

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

End of content

No more pages to load

RADİO