21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Türkiyədə yaşayan 21 yaşlı Fatma Nur Öztürk şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib.

Bizim.Media xəbər verir ki, həkimlərin apardığı əməliyyat zamanı onun bədənindən 287 ədəd müxtəlif ölçüdə daş çıxarılıb. Bu nadir hal həm tibbi heyəti, həm də gənc qızı və ailəsini təəccübləndirib.

Öztürk doğuşdan gələn və sidik kisəsinin ön divarının bağlı olmaması ilə xarakterizə edilən ekstrofi vezika və epispadias adlanan nadir uroloji problem səbəbindən əvvəllər də bir neçə dəfə əməliyyat olunubmuş. Son aylarda şiddətli ağrılar yaşayan gənc qız İstanbul Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Burada uroloji və ginekoloji onkologiya mütəxəssislərinin birgə əməliyyatı ilə vajen bölgəsindən daşların çıxarıldığı bildirilib.

Həkimlər əməliyyat zamanı bütün boşluğun daşlarla dolu olduğunu görüb. Ən böyük daşın ölçüsü 2,5 sm olub. Əməliyyat uğurla yekunlaşıb və daşların təkrar yaranmaması üçün plastik rekonstruksiya aparılıb.

Fatma Nur Öztürk əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib:
"Bu qədər daş gözləmirdik, sanki çınqıl daşları idi. Mən 80-100 daş ola bilər deyirdim, amma 287 olduğunu eşidəndə çox təəccübləndim. İndi ağrılarım keçib, özümü çox yaxşı hiss edirəm. Həkimlərimə təşəkkür edirəm."

Uroloq Doç. Dr. Erkan Erkan hadisəni belə şərh edib:

"Pasiyentimiz doğulduğu gündən nadir bir anomaliya səbəbindən əməliyyatlar keçirib. Əməliyyat zamanı daşların sidik kisəsində deyil, vajen boşluğunda toplandığını gördük. 287 daş çıxarmaq həm bizim, həm də tibbi ədəbiyyat üçün çox nadir rast gəlinən hadisədir. Bu, dünyada qeyd olunan ikinci oxşar hal ola bilər."

Ginekoloji onkologiya mütəxəssisi Op. Dr. Emin Erhan Dönməz isə əlavə edib ki, daşların uzun illər ərzində yavaş-yavaş əmələ gəldiyi düşünülür:

"Vajendə sidiyin göllənməsi səbəbindən minerallar çökmüş və daşlar yaranmışdır. Bu qədər çox daşla bağlı tibbi ədəbiyyatda indiyə qədər heç bir nümunəyə rast gəlməmişik."

Həkimlər doğuşdan gələn bu cür anomaliyaların erkən diaqnozunun vacibliyini vurğulayıb və bu xəstələrin mütəmadi nəzarətdə saxlanmasının həyati əhəmiyyət daşıdığını bildiriblər. (Milli.az)
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Niyə bu qədər əsəbiyik?

Niyə bu qədər əsəbiyik?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək

Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Yaponiyada zəlzələ nəticəsində 20-dən çox şəxs xəsarət alıb

Yaponiyada zəlzələ nəticəsində 20-dən çox şəxs xəsarət alıb

Süni intellektlə bağlı yeni TƏHLÜKƏ

Süni intellektlə bağlı yeni TƏHLÜKƏ

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi

Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi

Azərbaycan mediası İlham Əliyevin səfərini işıqlandırmaq üçün Özbəkistana yola düşüb - VİDEO

Azərbaycan mediası İlham Əliyevin səfərini işıqlandırmaq üçün Özbəkistana yola düşüb - VİDEO

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

End of content

No more pages to load

RADİO