ChatGPT-nin məsləhəti ilə səyahətə çıxdı, rəzil oldu

Neyroşəbəkələr getdikcə gündəlik həyatımıza daxil olur. Xüsusilə də, daha çox insan xaricə səyahət planlaşdırarkən ChatGPT və ya onun analoqları ilə məsləhətləşir. Ancaq burada diqqətli olmaq lazımdır.

Bizim.Media xəbər verir ki, təcrübəli səyahətçi Vinisius Koşta turistlərə bu barədə xəbərdarlıq edib.

O bildirib ki, ChatGPT-nin əsas üstünlüyü ondan ibarətdir ki, neyroşəbəkələr çox qısa müddətdə kifayət qədər əsaslı görünən cavab verir.

Bu, həm müstəqil şəkildə "Google" vasitəsilə axtarış aparmaqdan, həm də başqasından məsləhət istəməkdən xeyli sürətlidir. Lakin süni intellektin ciddi bir problemi var: o, əslində mövzunu anlamır, sadəcə alqoritm əsasında cavab yaradır.
 

Məsələn, ChatGPT sizə Parisdə mütləq görməli olan 10 məkanı sadalayacaq. Amma bu siyahıda nəqliyyat əlçatanlığı və obyektlərin iş saatları nəzərə alınmayacaq. Bu isə yalnız kiçik bir nüansdır, əslində isə daha ciddi situasiyalarla üzləşmək mümkündür.


Məqalə müəllifi İspaniyalı bloqer Məri Kaldassın başına gələn hadisəni misal göstərir. O, sevgilisi ilə birlikdə Karib dənizində yerləşən, ABŞ-a məxsus ada Puerto-Rikoya səyahət planlaşdırıb. Səfərdən əvvəl ChatGPT-yə müraciət edərək ora giriş üçün lazım olan sənədləri soruşub.

Çatbot ona inamla bildirib ki, İspaniya vətəndaşlarına Puerto-Rikoya getmək üçün viza lazım deyil. Texniki baxımdan bu, doğrudur: ispanlar ABŞ ərazisinə vizasız daxil ola bilərlər. Amma burada mühüm bir nüans var.

Son illərdə bir çox ölkə elektron səyahət icazəsi (ETA) sistemini tətbiq edir. Məsələn, ABŞ vətəndaşları Böyük Britaniyaya vizasız gedə bilər, amma onlar Britaniyanın ETA sistemində qeydiyyatdan keçməlidirlər. Bu sistem əslində onlayn viza kimidir, sadəcə "viza" adlandırılmır.

Əgər istifadəçi məhz "viza" barədə soruşursa, ChatGPT əlavə bu detalı demir, çünki düşünmür, sadəcə alqoritmə əsaslanır.

İspaniyalı influenser isə ən böyük səhvi etdi. Çatbotdan vizaya ehtiyac olub-olmadığını soruşdu və cavabı "yoxdur" olduqda əlavə araşdırma aparmadı. Təəssüf ki, o və sevgilisi ESTA tələbini yalnız hava limanında, təyyarəyə minməyə hazırlaşarkən öyrəndilər.
 

Neyroşəbəkələr isə düzgün istifadə olunduqda faydalı ola bilər. Məsələn, xanım Kaldass ChatGPT-dən vizaya ehtiyac olub-olmadığını soruşduqdan sonra bununla kifayətlənməməli idi.


Ən azı əlavə sual verməli idi: "İspaniya vətəndaşının ABŞ-a məxsus Puerto-Riko adasına qanuni daxil olması üçün hansı sənədlər tələb olunur?". (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda yeniyetmə çayda batdı

Qazaxda yeniyetmə çayda batdı

Azərbaycandan keçməklə Ermənistana BUĞDA GÖNDƏRİLƏCƏK

Azərbaycandan keçməklə Ermənistana BUĞDA GÖNDƏRİLƏCƏK

Şavkat Mirziyoyev Gürcüstanda səfərdədir

Şavkat Mirziyoyev Gürcüstanda səfərdədir

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti barədə AÇIQLAMA

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi

Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi

Sabunçuda "Toyota" beton maneəyə çırpıldı – Ölən var

Sabunçuda "Toyota" beton maneəyə çırpıldı – Ölən var

Dünyanın ən təhlükəsiz şəhərlərinin REYTİNQİ açıqlandı

Dünyanın ən təhlükəsiz şəhərlərinin REYTİNQİ açıqlandı

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Geomaqnit qasırğası OLACAQ

Geomaqnit qasırğası OLACAQ

End of content

No more pages to load

RADİO