Azərbaycan Suriya və İsraili necə bir araya GƏTİRDİ? – Bakı görüşünün PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Suriya və İsrail nümayəndələrinin görüşü keçiriləcək. Bu tərəflərin Bakıda keçirəcəkləri ikinci görüş olacaq. İlk görüşsə iyulun 12-13-də baş tutub.

Həmin görüşdən dərhal sonra iki ölkə arasında atəşkəs əldə olunmuşdu. Ona görə də siyasi ekspertlər Bakı görüşünün ikinci raundundan yeni nəticələr gözləyir.

Bəs niyə Bakı?

15 ildən artıq qaynar qazana dönən Suriyada son 8 ayda nisbi sakitlikdir. Ara sıra silahlar “danışsa” da, ümumən əvvəlki faciələr daha yaşanmır. Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranan müvəqqəti hökumət qısa zamanda çox nəticəyə nail oldu. İlk növbədə vətəndaş qarşıdurması aradan qalxdı. Kənar müdaxilələr minimuma endi. Amma Suriyaya uzun müddətli sülhün gəldiyini demək hələ tezdir. Çünki regiondakı və dünyadakı bəzi qüvvələr hələ də Suriyada qan tökülməsini istəyir və fürsət düşdükcə yeni qırğınlara cəhd edir.

Bu mənada həm İsrailin, həm də İranın Suriya ərazilərinə tez-tez raket zərbələri endirməsi ciddi narahatlıq doğurur. Müvəqqəti hökumətin başçısı Əhməd əl-Şara ötən 8 ayda ölkəsində sabitliyin yaranması üçün çox əmək sərf edib. Bu sabitlik üçün ilk növbədə qardaş ərəb dövlətlərindən yardım istəyib.
 

Təsadüfi deyil ki, Əhməd əl-Şara ilk xarici səfərini fevralda Səudiyyə Ərəbistanına etdi. Lakin Əl-Riyad görüşündən Əhməd əl-Şara əli boş döndü. Ərəb şeyxləri Əhməd əl-Şara gələcəkdə maliyyə dəstəyi göstərəcəklərini vəd etsələr də, siyasi və hərbi sabitlik üçün heç bir təşəbbüs göstərmədilər. Bundan sonra Əhməd əl-Şara Qərbə üz tutdu. Fransa lideri Emmanuel Makronla görüşdü. Lakin may ayında baş tutan bu görüş də nəticəsiz qaldı.


Belə həssas dönəmdə Azərbaycan öz vasitəçiliyini təklif etdi. Nəzərə alaq ki, buna qədər Azərbaycan bir sıra beynəlxalq məsələlərdə uğurlu vasitəçi olmuşdu. Bu da onunla bağlıdır ki, Azərbaycan tərəfsiz mövqe tutmağı bacarır. Bu tərəfsizliksə sonda ədalətin bərqərar olmasına xidmət edir. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatındakı faydalı fəaliyyətinə görə ölkəmiz ikinci dəfə quruma sədrlik hüuqu qazanıb. Bu vaxta qədərsə belə hal baş verməmişdi. Ölkəmizin tərəfsiz, obyektiv və qətiyyətli mövqeyi təbii ki, sivilizasiya tərəfindən izlənir və təqdir edilir.

Bakının vasitəçilik uğurları

Qeyd edək ki, rəsmi Bakı uzun illərdir ki, “sakit diplomatiya” prinsipinə əsaslanaraq gərgin regionlarda münaqişələrin həllinə müəyyən töhfələr verir. Rusiya-Türkiyə, NATO-Rusiya, İsrail-Türkiyə və ən nəhayət İsrail-Suriya münasibətlərində gərginliyin aradan qaldırılmasında Azərbaycanın xüsusi əməyi olub.
 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda iki dəfə görüşü təşkil edilib. Məhz bu görüşlərdən sonra Suriyada vəziyyət stabilləşməyə doğru istiqamət alıb. Eyni zamanda, 2014-cü ildə başlayan Rusiya-Ukrayna hərbi münaqişəsinin uzun müddət durdurulmasında Bakı görüşünün müstəsna payı olub.


Xatırlatmaq yerinə düşərdi ki, Rusiya-Türkiyə münasibətləri heç zaman indiki qədər isti olmayıb. Tarix boyu iki dövlət bir-birləri ilə güc dilində danışıblar. Ancaq ötən onillikdə məhz Azərbaycanın təşəbbüsü ilə Rusiya və Türkiyə münasibətlərində yeni bir səhifə açıldı. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında mədəni-iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Hətta bir çox məsələlərdə Rusiya ilə Türkiyə eyni mövqedən çıxış edir. Bu isə əsrlər boyu rast gəlinməyən reallıqdır. Bütün bunlarsa Azərbaycanın diplomatik nailiyyətidir.

Azərbaycan Yaxın Şərqdə sülh çarçısıdır

Daha bir reallıq ondan ibarətdir ki, Azərbaycan Suriya ilə İsrail arasında əlaqələrin qurulmasında, habelə Türkiyə-İsrail-Suriya üçbucağında gərginliyin azaldılmasına yönəlik görüşlərin təşkilində aktiv rol oynayıb. Azərbaycanın təşəbbüsü ilə “qaynar xətt diplomatiyası”nın qurulması, xüsusilə regionda qarşıdurma potensialını azaltmaq və dialoq mühitini təşviq etmək baxımından önəmli addım kimi dəyərləndirilir.
 

Nəzərə alaq ki, Suriyada rejim dəyişikliyi Qəzza zolağından başqa Türkiyə ilə İsrail arasında daha bir qarşıdurma xətti yaratdı. İsrailin Suriyanın daxili işlərinə qarışması, burada druzlarla Əhməd əl-Şara hökuməti arasında ara-sıra toqquşmaların alovlanması, həmçinin Türkiyənin SAR-da hərbi mövcudluğunu gücləndirməsi Ankara ilə Təl-Əviv arasında çəkişmələrə səbəb oldu. Buna İsrail hərbi əməliyyatlarla cavab verdi, Dəməşq və Türkiyə bazalarına hava zərbələri endirdi.


Rəsmi Vaşinqton məsələyə müdaxilə etmək istədi. Lakin Trampın səyləri yetərli olmadı. Sonda Azərbaycan məsələyə müdaxilə etdi. Aprelin 9-da Bakıda Türkiyə və İsrail nümayəndələrinin görüşü oldu. Görüşdən sonra siyasi ritorikaların tonu aşağı düşdü və tərəflər danışıqlar masasına oturdu.

Artıq Bakıda İsrail və Türkiyənin iştirakı ilə danışıqların bir neçə raundu baş tutub. Onlar “kameralarsız” baş verdiyi üçün dünya ictimaiyyəti görüşlər haqqında yalnız mediada gedən insayder xəbərlərdən xəbər tutur. Danışıqların nəticələri və gedişi haqqında məlumat olduqca azdır. Lakin bir şey aydındır, dialoq qurulub və davam edir.

Üstəlik, dialoq təkcə Türkiyə ilə İsrail arasında deyil, Dəməşq və Təl-Əviv arasında da gedir.

İyulun 12-də Suriya və İsrail nümayəndə heyətləri Bakıda görüşdülər və görüşdən sonra İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin Suriya ilə əlaqələrin normallaşdırılmasında maraqlı olduğunu açıqladı.

Qeyd etməliyik ki, Bakının Suriya məsələsində əhəmiyyəti son üç ayda artıb. Bu ayın 12-də Suriya lideri Əhməd əl-Şara Azərbaycanın paytaxtına səfər edib. Burada bir sıra görüşlər keçirib, danışıqlar aparıb. Qeyd etməliyik ki, əl-Şara özünün üçüncü xarici səfərini məhz Bakıya edib.

Nəticə isə göz qabağındadır. Suriyada silahlar susub. İsrail daha əvvəlki kimi çılğın, Türkiyə isə narahat deyil. Bütün bunlarsa onun sübutudur ki, artıq dünyada yeni bir platforma- Bakı formatı yaranıb. Bu format təkcə regionda yox, dünyadakı bir sıra qaynar nöqtələrdə sabitliyin yaranmasına öz töhfə verir. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinin təcəssümüdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

DÇ-2026-da 32 illik rekord yeniləndi

DÇ-2026-da 32 illik rekord yeniləndi

Yaponiyada daha bir güclü zəlzələ olub

Yaponiyada daha bir güclü zəlzələ olub

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

End of content

No more pages to load

RADİO