BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

1918-ci il 25 avqustda Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Ağdaşa şəhər statusu verildi. Bütövlükdə Ağdaş rayonu isə 1930-cu ildə təşkil olundu. 

Bəs, avqustun 25-də dünyada daha hansı hadisələr baş verib? 

1. 1830-cu ilin 25 avqustunda “Belçika inqilabı” adlandırılan Belçikanın Hollandiya krallığından ayrılma prosesi başladı. I Leopold kral təyin edildikdən sonra Belçika parlament sisteminə malik bir monarxiya oldu. 

2. 1933-cü ilin 25 avqustunda Çində meydana gələn zəlzələdə 9 min adam həlak oldu. 

3. İkinci Dünya Müharibəsi zamanı – 1940-cı ilin 25 avqustunda Almaniyanın təyyarələri Londonu bombalamağa başladı. 

4. 1944-cü il 25 avqustda Fransanın İkinci Zirehli Diviziyası Parisə daxil oldu və paytaxtdakı alman əsgərləri müttəfiqlərə təslim oldu. 

5. 25 avqust 1985-ci ildə ABŞ məktəblisi Samanta Smit təyyarə qəzasında həlak olub. O, sovet lideri Yuri Andropova açıq məktub yazması ilə məşhur olub. 

6. 25 avqust  1997-ci ildə “Ulduz müharibələri” filminin nümayişinə başlanılıb. 

7. 2003-ci ilin bu günündə Nuri Bilgə Ceylanın "Uzaq" filmi "Elephant" filmi ilə birlikdə 56-cı Kann kinofestivalının ən yaxşı film mükafatını alıb. 

8. 25 avqust Uruqvayın milli bayramı – müstəqillik günüdür. Cənubi Amerikanın şərqində yerləşən bu ölkə 1825-ci ildə istiqlaliyyət qazanıb.

25 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır. 

1. 1530-cu ilin 25 avqustunda Rusiya tarixinin ən ziddiyyətli hökmdarlarından biri olan, daha çox İvan Qroznı adı ilə tanınan IV İvan anadan olub. (1530-1584) 

2. Böyük ingilis ixtiraçısı, buxar maşınının yaradıcısı Ceyms Uatt  1819-cu ilin bu günü 83 yaşında dünyadan köçüb. 

3. Bu gün görkəmli Amerika fiziki, elm tarixinə elektromaqnitizmin tədqiqatçısı olaraq düşən Maykl Faradey  xatırlanır. (1791-1867) 

4. Tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyətlər” siyahısına daxil edilmiş məşhur alman filosofu və klassik filoloq Fridrix Nitsşe (Friedrich Nietzsche) 1900-cü ilin 25 avqustunda dünyasını dəyişib.

5. 25 avqust 2012-ci ildə Aya ilk ayaq basan insan amerikalı astronavt Neil Armstronq həyatdan köçüb. (1930-2012) 

6. 1944-cü ilin bu günündə tatar və sovet şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil Berlin həbsxanasında edam edilib. 

7. 25 avqust 1946-cı ildə amerikalı uşaq pedaqoqu, bacısı Mildred ilə məşhur “Happy Birthday to You” mahnısını yazmış Patti Smit Hill vəfat edib. 

8. 1935-ci ilin bu günündə Azərbaycan Yazıçılar Birliyinin sabiq birinci katibi, Xalq şairi Fikrət Qoca anadan olub. 

9. 25 avqust 1915-ci ildə Əməkdar memar Tahir Abdullayev (1915-2004) anadan olub. 

10.  25 avqust 1926-cı ildə Xalq rəssamı Xalidə Səfərova (1926 – 23.12.2005) anadan olub.  

11.  25 avqust 1931-ci ildə yazıçı, naşir, Əməkdar mədəniyyət işçisi Əjdər Xanbabayev (1931 – 30.5.1990) anadan olub. 

12.  25 avqust 1945-cı ildə  Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayeva (1945 – 21.5.1987) anadan olub. Akademik Dram Teatrında çalışıb. Televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib. 

13. 25 avqust 1921-ci ildə yazıçı-dramaturq Seyfəddin Dağlı (1921-18.1.1983) dünyaya gəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 bürcü böyük sürprizlər gözləyir

Bu 3 bürcü böyük sürprizlər gözləyir

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər — Açıqlama

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər — Açıqlama

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

End of content

No more pages to load

RADİO