SON DƏQİQƏ! Bu şəhər boşaldılır - Sakinlər təxliyə edilir - ŞOK

Xəbər verdiyimiz kimi, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Rusiyanın şərqindəki Kamçatka yarımadası yaxınlığında 8,8 bal gücündə çox güclü zəlzələ baş verib. Rusiyada 1952-ci ildən bəri baş verən ən böyük zəlzələdən sonra sunami dalğaları yaranıb.

Bizim.Media xəbər verir ki, Sakit okeanda baş verən nəhəng təkan təkcə Asiyanı deyil, Amerika qitəsini də təşvişə salıb.


 

ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) bəyan edib ki, Sakit okeanda baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi ciddi ölçülərə çata bilər. Xüsusilə Havayda sahilyanı ərazilərin dərhal boşaldılması əmri verilib.


ABŞ-ın Sunami Xəbərdarlığı Sisteminə görə, tremordan sonra 3 saat ərzində təhlükəli dalğalar yarana bilər. Xəbərdarlıqlardan sonra Quam və Şimali Mariana adalarında sunami müşahidə sistemi işə salınıb.

Qısa müddət ərzində hündürlüyü 4 metrə çatan ilk sunami dalğaları Kamçatka sahillərini vurub.

Region qubernatoru Kamçatkada çox sayda yaralının olduğunu açıqlayıb. Bir uşaq bağçasına ciddi ziyan dəydiyi bildirilib. 2 min əhalisi olan Severo-Kurilsk şəhəri təcili olaraq boşaldılıb.

Qubernator insanları dərhal sahildən uzaqlaşmağa çağırıb və sunami təhlükəsinin davam etdiyini bildirib.

Zəlzələnin təsiri Yaponiya sahillərində də dərindən hiss olunub. Hökumət sunami xəbərdarlığından sonra sahil zolağında yaşayan sakinlərin təxliyəsi barədə göstəriş verib.
 

İnsanlar hündürmərtəbəli binaların damlarına çıxıb, Fukusima Atom Elektrik Stansiyasında işçilərin təxliyəsi başlayıb. Xatırladaq ki, Fukusima 2011-ci ildə baş verən 9.0 bal gücündə zəlzələ və ondan sonrakı nüvə böhranı ilə gündəmə gəlmişdi.


Zəlzələ təkcə Asiya sahillərini deyil, ABŞ-ın Sakit Okeanla həmsərhəd ştatlarını da təşvişə salıb.
 

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) Havay çimərliklərinə gələnləri dərhal təhlükəsiz ərazilərə təxliyə etməyə çağırıb. Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında da sunami xəbərdarlığı edilib.


ABŞ prezidenti Donald Tramp sosial media hesabında qeyd edib: "Sakit okeanda baş verən güclü zəlzələdən sonra Havay adaları üçün sunami xəbərdarlığı qüvvədədir.

Yaponiya da risk altında olan bölgələr arasındadır". (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid anası tələbə adını qazandı

Şəhid anası tələbə adını qazandı

Bu 3 bürcü böyük sürprizlər gözləyir

Bu 3 bürcü böyük sürprizlər gözləyir

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər — Açıqlama

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər — Açıqlama

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

End of content

No more pages to load

RADİO