Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 25-də paytaxtda və bəzi rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Bu barədə Bizim.Media-ya “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Moskva və Mətbuat prospektləri, Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçivani, Fuad İbrahimbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun, Möhsun Sənani küçələrinin bəzi ərazilərində, eləcə də 1 saylı “ASAN xidmət” və Tibb Universtitetinin Onkoloji Klinikasında saat 09:00-dan 13:00-dək TM-də aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədar enerjinin verilişində fasilə yaranacaq.

Beyləqan Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110/35/10 kilovoltluq “Xalac” yarımstasiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 10:00-dan 16:30-dək Bahar, Qəhramanlı, Mil, Milabad, Sarısu, Şərq, Türklər, Yeni Mil qəsəbələrini, həmçinin Aşağı Çəmənli, Aşıqalılar, Birinci Aşıqlı, Birinci Şahsevən, Bünyadlı, Dünyamalılar, Əhmədli, Əlinəzərli, Gödəklər, İkinci Şahsevən, İmamverdili, Qaradağlı, Qaralılar, Yuxarı Çəmənli kəndlərini əhatə edəcək.

Cəlilabad EŞ-yə daxil olan Göytəpə şəhəri, Ağdaş, Alaşar, Fətullaqışlaq, Həziabad, Kazımabad, Komanlı, Maşlıq, Muğan, Oğrubulaq, Privolnoye, Söyüdlü kəndlərinin bir hissəsində 35 kilovoltluq q “Göytəpə” hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Ağdaş EŞ-nin ərazisində 110/35/10 kilovoltluq “Ləki Dartı” yarımstansiyasında aparılacaq təmir işləri zamanı saat 10:00-dan 14:00-dək Ləki qəsəbəsi, Aşağı Ləki, Cardam, Əmirarx, Əmirmahmud, Güvəkənd, Hapıtlı, Kotanarx, Qarağan Saatlı, Nehrəxəlil, Orta Ləki, Ovçulu, Şəmsabad, Tofiqi, Yenicə, Yuxarı Ləki, kəndlərinin bəzi yerlərində məhdudiyyət yaranacaq.

Tərtərin Evoğlu və İsmayılbəyli kəndlərində saat 10:00-dan 14:00-dək 10 kilovoltluq 7 saylı İsmayılbəyli hava xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar enerjinin verilişində fasilə olacaq.

Yevlax EŞ-nin xidməti ərazisində 110/35/10 kilovoltluq “Yevlax” yarımstansiyasından çıxan 10 kilovoltluq “TMRZ” hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək şəhər ərazisində Aydın Məmmədov, Salatın Əsgərova, Dədə Qorqud, Qasım Bəy Zakir, Xəqani Şirvani, Fazil İsayev küçələrinin bəzi hissələrində planlı fasiləyə uyğun olaraq enerjinin verilişi dayandırılacaq. Həmçinin 35 kilovoltluq “Şəhər Xanabad” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10-dan 15:00-dək planlı fasilə rayonun Aşağı Bucaq, Ərəbbəsrə, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Yuxarı Bucaq kəndləri, eləcə də Meyvəli qəsəbəsini əhatə edəcək.

Bərdə EŞ-yə daxil olan 35 kilovoltluq "Mustafağalı" hava xəttinə toxunan ağacların budanması işləri aparılacaq. Bununla əlaqədar Alpout, Bəcirəvan, Çələbilər, Əliyanlı, Əmirli, Ərəblər, Xanərəb, Xəsili, Qaradəmirçi, Qaradırnaq, Qaratəpə, Qarayusifli, Qazaxlar, Qazıqurdalı, Lənbəran, Mehdili, Məmmədli, Mollalı, Mustafağalı, Nazırlı, Nifçi kəndlərinin bir hissəsində məhdudiyyət tətbiq ediləcək.

Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək 10 kilovoltluq hava xəttində görüləcək təmir işləri ilə əlaqədar enerjinin verilişi məhdudlaşdırılacaq.

Goranboy EŞ ərazisində 10 kilovoltluq "Qızılhacılı" hava xətti boyunca ağacların budanması işləri icra olunacaq. Beləliklə, saat 09:00-dan 15:00-dək Balakürd kəndi və Qızılhacılı qəsəbəsinin bir hissəsində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

SON DƏQİQƏ! Robert Köçəryan saxlanıldı

SON DƏQİQƏ! Robert Köçəryan saxlanıldı

Bakıda AĞIR QƏZA – Piyada həyatını itirdi

Bakıda AĞIR QƏZA – Piyada həyatını itirdi

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Ukraynadan Krasnodara PUA HÜCUMU – Ölənlər var – VİDEO

Ukraynadan Krasnodara PUA HÜCUMU – Ölənlər var – VİDEO

Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO

Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO

Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO

Şəhid anası tələbə adını qazandı

Şəhid anası tələbə adını qazandı

Bu 3 bürcü böyük sürprizlər gözləyir

Bu 3 bürcü böyük sürprizlər gözləyir

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ – 10 rayonda işıq kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 avqustda baş vermiş tarixi hadisələr

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər — Açıqlama

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər — Açıqlama

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO