Gərginlik yenidən ALOVLANIR – ABŞ və İran arasında böyük müharibənin ANONSU – EKSKLÜZİV TƏHLİL

ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Tehran öz nüvə proqramını bərpa edəcəyi təqdirdə Vaşinqton onu yenidən "məhv edəcək". ABŞ lideri Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bu barədə bildirib.

Qarşılıqlı təhdidlər
 

"Onlar çox mənfi siqnallar göndərirdilər. Onlar bunu etməməli idilər. Biz onların nüvə potensialını məhv etdik. Onlar yenidən başlaya bilərlər. Əgər bunu etsələr, biz onu bir göz qırpımında məhv edəcəyik", - deyə D.Tramp bildirib.


İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ rəsmilərinin son təhdidlərinə cavab olaraq sərt açıqlama verib. O, bildirib ki, əgər hücumlar təkrarlanarsa, İran daha qətiyyətli cavab verəcək və bu dəfə bunu gizlətmək mümkün olmayacaq.

Görünən mənzərə ondan ibarətdir ki, İran nüvə proqramını davam etdirmək niyyətindədir.

Bəs növbəti ABŞ-İran qarşıdurması baş verə bilərmi?

Bizim.Media məsələ ilə bağlı həm iranlı (Cənubi azərbaycanlı), həm də amerikalı mütəxəssislərin fikirlərini öyrənib. ABŞ-dən olan təhlükəsizlik üzrə ekspert İrina Tsukerman və iranlı politoloq Saleh Kamrani mövzunu şərh edib.
 

MÖVZU İLƏ BAĞLI

ABŞ və İran Osloda nüvə danışıqlarını bərpa edə bilər


Saleh Kamrani hesab edir ki, İran uranın zənginləşdirilməsinə davam edəcək:

“12 günlük savaş İrana zərbə vurub. Lakin ölkədəki böhranları da müəyyən qədər pərdələyib. ABŞ liderinə İran xarici işlər nazirinin cavabı və ümumi mənzərə onu deməyə əsas verir ki, İran uranın zənginləşdirilməsinə davam edəcək. Bu da, indiki problemlərin davam edəcəyi anlamına gəlir”.


“Nəticə ağır olacaq”

Amerikalı təhlükəsizlik eksperti İrina Tsukerman da hesab edir ki, əgər İran nüvə silahları proqramını Birləşmiş Ştatların, xüsusilə də Trampın son bəyanatlarında ifadə olunan hərbi müdaxilə təhdidlərinə baxmayaraq davam etdirərsə, bunun nəticələri dərin, çoxşaxəli və son dərəcə sabitliyi pozan olacaq. Belə bir qarşıdurmanın gedişatı hərbi, siyasi, diplomatik və iqtisadi sahələrdə baş verəcək:
 

“ABŞ-ın regional müttəfiqləri, o cümlədən Körfəz Əməkdaşlıq Şurasının üzv dövlətləri və İsrail İranın nüvə proqramının qarşısının alınmasını dəstəkləsə də, eskalasiya riski onları narahat edə bilər. Bəzi Körfəz ölkələri öz maraqlarını qorumaq üçün alternativ diplomatik kanallara müraciət edə və ya gərginliyin azaldılması məqsədilə İranla gizli danışıqlara başlaya bilər ki, bu da ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı daha da zəiflədə bilər.

 

İqtisadi baxımdan, Fars körfəzindən neft ixracını təhdid edən və ya pozan hərbi toqquşma qlobal təsirlərə səbəb olacaq, neft qiymətlərində kəskin yüksəliş və enerji idxal edən ölkələrdə inflyasiyanın artması ilə nəticələnəcək.
 

Bazarlar qeyri-sabit olacaq və zəif iqtisadiyyata malik ölkələrdə əlavə problemlər yaranacaq.Uzunmüddətli münaqişə regionda və ondan kənarda bərpa və iqtisadi inkişaf üçün ayrılan resursları yönləndirəcək, humanitar böhranları dərinləşdirəcək və miqrasiya təzyiqlərini artıracaq”.



Böyük müharibə qaçılmazdır...

Siyasi baxımdan, ABŞ-ın təhdidləri İranda radikal siyasət tərəfdarlarının mövqeyini gücləndirəcək. Bu vəziyyət daxili islahatları və diplomatik əlaqələrin qurulması imkanlarını demək olar ki, qeyri-mümkün edəcək.

Sözügedən vəziyyət həm ABŞ-a, həm də regional rəqiblərə və qlobal güclərə qarşı daha sərt mövqe ilə nəticələnəcək.
 

“Nəticə etibarilə, İranın ABŞ-ın açıq təhdidlərinə baxmayaraq nüvə proqramını davam etdirməsi çoxşaxəli bir böhranın alovlanması riskini daşıyır. Belə bir qarşıdurma onsuz da gərgin olan regionu daha da qarışdıra, diplomatik səyləri zəiflədə, qlobal enerji təchizatını pozaraq geosiyasi ittifaqları yenidən formalaşdıra bilər.


Tehran və Vaşinqtonun bu kritik mərhələdə atacağı addımlar Yaxın Şərqdə təhlükəsizlik dinamikasını və beynəlxalq sistemin sabitliyinə uzun illər boyu təsirini qoruyacaq”, - deyə İ.Tsukerman bildirib.

Görünən mənzərə onu deməyə əsas verir ki, Tehran nüvə proqramından imtina etməyəcək.

Bu isə Qərbin sərt reaksiyası ilə qarşılaşacaq. Sözügedən vəziyyət böyük müharibəni qaçılmaz edə bilər.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

DÇ-2026-da 32 illik rekord yeniləndi

DÇ-2026-da 32 illik rekord yeniləndi

Yaponiyada daha bir güclü zəlzələ olub

Yaponiyada daha bir güclü zəlzələ olub

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

End of content

No more pages to load

RADİO