TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edərək, bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Nurəddin Qərəvi məlumat verib.

“Urmiyanın tarixi abidələri, muzeyləri və şəhər həyatını əks etdirən bu materialın məzmunu bizə görə tarixə, milli kimliyə və qardaşlıq anlayışına hörmətsizlikdir. Biz zamanında Türkiyənin kürd məsələsində atdığı bəzi addımların fəsadlarının Güney Azərbaycanda əks-səda verəcəyini demişdik. Təəssüf ki, bu gün o narahatlıqların ilk konkret nümunəsi ilə qarşı-qarşıyayıq.

Özünü Azərbaycanın dostu və strateji tərəfdaşı kimi təqdim edən Ankara rəhbərliyi belə bir materialla həm dostluğa, həm də tarixi həqiqətlərə zidd addım atmış olur. TRT rəhbərliyi əgər obyektivlik prinsipinə sadiqdirsə, Urmiyada və ətraf bölgələrdə kürd silahlı dəstələrinin törətdiyi cinayətlər, o cümlədən Sulduz, Xoy və Maku kimi şəhərlərdə azərbaycanlılara qarşı törədilən zorakılıqlar barədə də reportaj hazırlamalı idi.

TRT bu verilişi ilə Güney Azərbaycanın milli-mədəni kimliyinə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına ağır kölgə salıb. Bu, sadəcə bir jurnalist süjeti deyil, ciddi siyasi mesaj daşıyan addımdır.

Azərbaycan dövləti və cəmiyyətinin bu məsələyə həssas və prinsipial münasibət bildirməsi vacibdir. Əgər bir ölkə bizə dostdursa, bizim tarixi şəhərlərimizi saxtalaşdırmaqla başqa bir etnosun şəhəri kimi təqdim etməməlidir.

Vahid və müstəqil Azərbaycan uğrunda mübarizəmiz davam edir!”, - İdarə heyətinin üzvü qeyd edib. (Axar.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəhid övladları tələbə oldular- Adlar

Bu şəhid övladları tələbə oldular- Adlar

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

İkinci dəfə ata oldu

İkinci dəfə ata oldu

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Elvin Cəfərquliyev əməliyyat olunacaq

Elvin Cəfərquliyev əməliyyat olunacaq

Əkiz bacılar eyni ixtisasa qəbul oldu

Əkiz bacılar eyni ixtisasa qəbul oldu

Göyçayda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Ermənistan rəsmiləri LAÇINDA – Hansı məsələlər müzakirə olundu?

Ermənistan rəsmiləri LAÇINDA – Hansı məsələlər müzakirə olundu?

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Sarkisyana qarşı da cinayət işi AÇILDI

Sarkisyana qarşı da cinayət işi AÇILDI

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

End of content

No more pages to load

RADİO