Dənizdən 47 il əvvəl yazılan məktub tapıldı

47 il sonra İsveç adasında tapılan şüşə məktubun sirri açılıb.

Bizim.Media xəbər verir ki, İsveçin qərb sahilindəki adalardan birində tapılan və içində 1978-ci ilə aid ismarıc olan şüşənin sirri BBC Scotland News tərəfindən aydınlaşdırılıb.

Ellinor Rosen Eriksson (32 yaş) və Asa Nilsson (55 yaş) adlı dostlar bu ilin fevralında Väderöarna adalarını gəzərkən sahildəki kol-kosun içində yerə batmış qalın şüşə tapıblar.

Şüşənin içində demək olar ki, oxunmaz vəziyyətdə olan nəmli kağız parçası var idi. Onlar kağızı günəşdə qurudaraq “14.9.78” tarixi, “Addison Runcie” adı və “Seatown, Cullen, Banffshire, Şotlandiya” ünvanını oxuya biliblər.

Məlum olub ki, məktub 1995-ci ildə vəfat edən balıqçı James Addison Runcie-yə aiddir.

Məktubu o dövrdə onunla eyni gəmidə – “Loraley” adlı balıqçı qayığında işləyən Gavin Geddes yazıb. 47 il sonra tapılan bu məktubu gördükdə Gavin heyrətini gizlədə bilməyib və yazının öz əl işi olduğunu dərhal tanıyıb.

Ellinor sosial mediada paylaşım edərək bu ismarıcın arxasındakı hekayəni öyrənmək istədiklərini bildirib. Məlumatlar toplandıqca BBC araşdırma apararaq, şüşədəki “es” hərflərinin “James” adının sonu olduğunu və 115 rəqəminin o vaxtkı ünvan nömrəsi olduğunu üzə çıxarıb.
Jim Runcie-nin bacısı Jane Worby bu hadisəni “keçmişlə gözəl əlaqə” adlandıraraq belə deyib: “Belə bir şeyi tapmaq insanın təxəyyülünü oyadır. Demək olar ki, özüm də etmək istəyirəm.”
Gavin isə “O vaxt biz bir neçə şüşə dənizə atmışdıq. Jim üçün də birini hazırlamışdıq və görünür, 47 il sonra tapılan yeganə şüşə bu imiş. İndi nəhayət ki, bir cavab aldıq,” deyə bildirib.(konkret.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

End of content

No more pages to load

RADİO