ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini artırıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Donald Tramp ABŞ-ın İranla münasibətlərinin hələ də normal olmadığını bildirib:
“İranla münasibətlərimiz hələ də normal deyil. Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim".
Bizim.Media