Netanyahudan Qərb liderlərinə SƏRT İTTİHAM – “HƏMAS-a cəsarət verirlər”

İsrailin baş naziri Benyamin Netanyahu Fransa, Böyük Britaniya və Kanada liderlərini Fələstini dəstəkləməkdə ittiham edib.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb sözügedən ölkə liderlərinin Qəzzaya hücumları dayandırmayacağı təqdirdə İsrailə qarşı “konkret addımlar” atacaqları ilə hədələməsi olub. 

Bundan əlavə Netanyahu Fransa, Böyük Britaniya və Kanadanı Fələstinin HƏMAS silahlı qruplaşmasına kömək göstərmək niyyətində olmaqda ittiham edib.

Qəzzadakı müharibə ilə bağlı beynəlxalq təzyiqin artdığını görən Netanyahu “Siz yanlış tərəfdəsiniz”, deyərək onlara qarşı yönələn rəyləri dəyişmək üçün hökumətinin mübarizə apardığını diqqətə çatdırıb.  
 

İsrail rəsmiləri Fransa da daxil olmaqla Avropa ölkələrinin Fələstin dövlətinin tanınmasını ilə bağlı çağırışlarından narahatdır.  


Netanyahu bu proses nəticəsində Fələstinin arxayınlaşacağını və İsrailə qarşı təhdidləri artıracağını iddia edib.

Üstəlik, İsrail lideri Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının “Fələstini azad edin” deyə qışqıran biri tərəfindən öldürülməsini bu təhlükənin bariz nümunəsi kimi qələmə verib.

Netanyahu əmindir ki, HƏMAS-ı müdafiə edənlər əslində Fələstin dövlətini istəmirlər, sadəcə olaraq, yəhudi dövlətini məhv etmək istəyirlər.

“Mən Fransa, İngiltərə, Kanada və başqalarının bu sadə həqiqətdən necə yayındığını heç vaxt başa düşə bilmədim. Qərb ölkələrinin Fələstin dövlətini tanımaq üçün hər hansı addımı bu qatilləri ən yüksək şəkildə mükafatlandıracaq. Xüsusən də bu üç lider sülhü inkişaf etdirmək əvəzinə, Həması mübarizəni əbədi olaraq davam etdirməyə cəsarətləndirirlər”.

Xatırladaq ki, İspaniya, İrlandiya və Norveç kimi Avropa ölkələri ötən ilin mayında Fələstini rəsmən müstəqil dövlət kimi tanıyıblar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı təhlükədədirmi?

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı təhlükədədirmi?

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

“Bizim immiqrantlara ehtiyacımız var”

“Bizim immiqrantlara ehtiyacımız var”

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

End of content

No more pages to load

RADİO