ABŞ-ın Missuri əyalətində gündəmə gələn hadisə dünyanın dörd bir yanında əks-səda doğurub. 14 həftəlik hamiləliyini dayandırmaq məcburiyyətində qalan 40 yaşlı qadın itirdiyi uşağına digər analardan daha fərqli şəkildə vida edib.
Moderator.az xəbər verir ki, 26 qram ağırlığındakı oğlunun cansız bədənini kameraya qeyd edən ana, oğlunun tibbdə bir körpə kimi qəbul edilməməsinə reaksiya göstərib. 26 qramlıq oğlunun tibbi tullantı kimi görülməsini hüznlə qarşılayan qadın “Onu əlimə alanda ovsunlanmışdım. Ona toxunmaq şansına sahib olduğum üçün şükr edirəm” deyib.xa0
Qeyd edək ki, 14 həftəlik uşaqlarına sadə bir cənazə mərasimi təşkil edən cütlük, körpələrini bağçalarındakı dibçəyin yanında basdırıblar.
xa0
Kamran