Barışıq üçün danışıqlar aparılır - “Oleq Bakinski”nin MƏHKƏMƏSİ

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə "Yeni Klinika"dan gələn müayinə və rentgen cavabları elan olunub.

Məlum olub ki, zərərçəkən qismində tanına Valeriy Zaxarenkovun sol dirsəyində sümüyün minimal yerdəyişmə sınığı mövcud olub.

Konstantin Kuçerin vəkili Elşad Əliyev vəsatət verərək bildirib ki, tərəflər arasında borcun ödənilməsi ilə əlaqədar danışıqlar gedir: "Əgər danışıqlar uğurla keçərsə, barışıq əldə olunacaq. Barışıq üçün deyilən 2 milyon 700 min avronun bir hissəsi müəyyən işlərdə müqavilə üzrə icra edilib.
 

Qalan şirkətlərə borc isə 1 milyon 200 min avroya yaxındır. Həmin borcu da Əmanətlərin Sığortalanması Fondu Konstantin Kuçerin ləğv edilmiş "Günay Bank"da olan batmış pulunu verərək qarşılayır. Lakin qarşı tərəf bunu qəbul etmir. Ümumilikdə müqavilə üzrə 10 hissədən 6-sı icra olunub. Qalan 4 hissə Rusiyada müharibə ilə əlaqədar yaranan məhdudiyyətlər və bankın bağlanmasına görə meydana gəlib. Ortada dələduzluq faktı yoxdur”.


O, məhkəmədən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edib:

“"Aviazapchast" ASC, "Promyshlennye Postavki və "AeroDesign" ilə "Global Force" şirkəti arasında aparılmış maliyyə əməliyyatlar məhkəməyə təqdim edilsin".

Dövlət ittihamçısı təqdim olunmuş vəsatətdə göstərilənlərin cinayət işi ilə əlaqəsi olmadığını bildirərək vəsatətin təmin olunmamasını istəyib.

Vəsatətə münasibət bildirən Konstantin Kuçerə məhkəmə barədə işlətdiyi ifadəyə görə xəbərdarlıq olunub.

K. Kuçer bildirib ki, zərərçəkənlə ortaq məxrəcə gəlməyə çalışsa da, qarşı tərəflə anlaşa bilməyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

End of content

No more pages to load

RADİO