Tramp Putinlə danışıqlarda ilk bunu istəyəcək – ABŞ liderinin təcili görüş istəyinin PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün fevralın 17-də Səudiyyə Ərəbistanına gəlib. Nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov başçılıq edib.

Görüşün məqsədi Ukrayna münaqişəsinin həlli üçün danışıqlara necə başlanacağını müəyyən etmək, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüşünün mümkünlüyünü nəzərdən keçirməkdir.

Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqları baş tutub. Görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib.

O, tərəflərin gələcəkdə bir-birinin maraqlarını nəzərə almağa razılaşdıqlarını deyib. Amma Uşakov etiraf edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir, lakin onun gələn həftə baş tutacağı ehtimalının az olduğunu da qeyd edib:

"Rusiya və ABŞ-dan ibarət ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq. Ukrayna ilə bağlı ABŞ-la təmasların nə vaxt başlayacağına Rusiya prezidenti özü qərar verəcək".

Görüşdə ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi nümayəndə Stiv Vitkoff daxil idi.

Maraqlıdır ki, Rusiya tərəfindən fərqli olaraq Amerika iki ölkə liderinin görüş tarixinin heç də uzaqda olmadığı qənaətindədir. Belə ki, məlum görüşdən sonra Floridadakı iqamətgahında jurnalistlərlə görüşdə ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə fevral ayında görüşəcəyini istisna etməyib

ABŞ niyə tələsir?

Rusiya ilə münasibətləri bir qədər normallaşdırmaq Tramp Adminstrasiyasına hava-su kimi vacibdir. Çünki hakimiyyətdə olduğu bir ayda Tramp Amerika xalqına vəd etdiklərinin heç birini verə bilməyib. Əksinə, ötən aydan ABŞ-a idxal olunan məhsullara yeni tətbiq olunun vergi və gömrük rüsumları daxili bazarda qiymətləri 30-40 faiz bahalaşdırıb. İnfilyasiyadan və bahalaşmadan narahatlıq keçirən amerikalılarsa artıq Trampa qarşı etiraz səslərini ucaldırlar.

Artıq hər gün Konqresin və Ağ Evin qarşısında etiraz mitinqləri keçirilir. Trampsa çıxış yolunu Rusiya ilə münasibətlərin bir qədər yumşaldılmasında görür. Çünki Kremli ilə ümumi dil tapmaq rəsmi Vaşinqton üçün çox vacibdir. Əgər bu baş tutsa, o zaman ABŞ Avropa İttifaqının siyasi, Çinin isə iqtisadi təzyiqlərindən bir qədər qurtula bilər. Bunun hesabına Tramp  Amerika xalqına həm ucuz əmtəə məhsulları verər, həm də bir qədər də vaxt qazanar.

Rusiya və dünya üçün vacib olan məsələlər Tramp üçün ən sonuncudur.

Bu gün Trampla Putinin görüşməsindən ilk gözlənti Ukrayna münaqişəsinin sonlandırılmasıdır. Eləcə də Yaxın Şərq, nüvə müharibəsi məsələsi də günün aktual mövzusudur. Məsələn, Rusiyalı politoloq Sergey Markov Bizim.Media-ya müsahibəsində bildirib ki, Putinlə Tramp arasındakı görüşdə əsas müzakirə mövzusu nüvə müharibəsi olacaq:

“Buna baxmayaraq, Moskva bu məsələyə böyük bir həvəs və ümidlə yanaşmır və Rusiya hakimiyyətində bu cür razılaşmaların əldə edilməsi ilə bağlı ciddi bir ehtimala inam azdır. Sammitdə əsas müzakirə mövzusu, ABŞ ilə Rusiya arasında nüvə müharibəsinin qarşısını almaq üçün gərginliyin azaldılması olacaq”.

Politoloq daha sonra qeyd edib ki, Donald Tramp 2025-ci ilin 20 aprelində, həm pravoslav, həm də katolik-protestan təqvimləri ilə eyni zamanda qeyd olunan Pasxa bayramına qədər sülh razılaşması əldə etmək istəyir.

Rusiya nə istəyir?

Amma bu gün Rusiyanı nüvə silahı və Ukrayna müharibəsindən daha çox Qərbin sanksiyalarından qurtulmaq maraqlandırır. Çünki sanksiyalar Rusiyanı da çətin duruma salıb. Ona görə də heç də inandırıcı deyil ki, Putin rus xalqının və ölkəsinin problemlərindən öncə beynəlxlaq problemlərin çözülməsinə çalışsın. Həm nüvə, həm Rusiya-Ukrayna müharibələri və hətta Yaxın Şərq məsələsi rəsmi Moskva üçün sonrakı məsələdir.

Putin ilk növbədə çalışacaq ki, Rusiyaya qarşı sanksiyalar ən azı yumşaldılsın və Rusiyanın Avropada və ABŞ-dakı valyuta ehtiyatlarına və daşınmaz əmlakına qoyulan embarqo aradan qalxsın. Məhz bundan sonra Putin digər məsələlərin müzakirəsini aparmaq istəyəcək. Baxmayaraq ki, publika üçün bu gün daha maraqlı olan nüvə və digər müharibələr önə çıxarılır.

“Düşmənimin düşməni mənim dostumdur”

ABŞ Avropa İttifaqının düşməni olan Rusiya ilə yaxınlaşmaq istəyir. Çünki rəsmi Vaşinqtonun Rusiya qarşısında heç bir öhdəliyi yoxdur. Amma Aİ qarşısında belə bir öhdəlik var. İndiki vəziyyətdə isə Tramp üçün yeganə öhdəlik Amerika seçicisinə verdiyi vədlərdir. Yaxın bir neçə ayda ABŞ daxilində iqtisadi-maliyyə sabitliyi yaranmasa, Tramp üçün impiçment məsələsi də gündəmə gələ bilər.

Ona görə də Rusiyanın ucuz xammalı Trampın köməyinə çata bilər. Bundan əlavə Rusiya ilə yaxınlaşma Çinin Amerikaya təzyiqlərini azaldar. Məlum olduğu kimi dünyanın əsas əmtəə istehsalçısı bütün bazarları və hətta Amerikanı ələ alıb. Çindən qurtuluş isə nə Aİ-nin, nə də ki, Hindistanın dəstəyi ilə mümkün deyil. Bu məsələdə ancaq Rusiya ABŞ-a istənilənləri verə bilər.

Məhz bu səbəb görə Tramp növbəti həftə Putinlə görüşmək istəyir. Çünki ötən hər gün Trampın zərərinə işləyir.

Bəs, Putin Trampa istədiklərini verəcəkmi?

Bunu yaxın zamanda görəcəyik...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Norveç Kralı vəfat etdi

Norveç Kralı vəfat etdi

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Külək Bakıda iki qadını xəstəxanalıq etdi

Külək Bakıda iki qadını xəstəxanalıq etdi

Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

DİN-dən kirayə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

DİN-dən kirayə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

4 bürc sentyabrda pul yağışına düşəcək

4 bürc sentyabrda pul yağışına düşəcək

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

End of content

No more pages to load

RADİO