Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları //www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir.
 

Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.


Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Norveç Kralı vəfat etdi

Norveç Kralı vəfat etdi

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Külək Bakıda iki qadını xəstəxanalıq etdi

Külək Bakıda iki qadını xəstəxanalıq etdi

Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

DİN-dən kirayə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

DİN-dən kirayə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

4 bürc sentyabrda pul yağışına düşəcək

4 bürc sentyabrda pul yağışına düşəcək

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

End of content

No more pages to load

RADİO