Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 38 066 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bizim.Media bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, həmin vətəndaşların 74 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 459 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 129 nəfəri mərkəzi, 34 404 nəfəri isə regional filiallarda qəbul edilib.
Bizim.Media