Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd nəzarətinin müasir texnologiyalar əsasında həyata keçirilməsi, sərnişinlərin rahatlığının təmin olunması və sərhədkeçmə prosedurlarının operativliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Məlumat Mərkəzi məlumat yayıb.
 

Bildirilib ki, bu çərçivədə Heydər Əliyev Beynəlxalq Hava Limanında "Elektron qapı sərhəd nəzarəti sistemi" (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi) istifadəyə verilib.


Müasir texnoloji həllər əsasında fəaliyyət göstərən innovativ sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır.

Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir.

Sərnişin şəxsiyyət sənədini müvafiq oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur, aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.

Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Sözügedən proses elektron qapı vasitəsilə təxminən 20 saniyə ərzində həyata keçirilir.

Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.

"Elektron qapı sərhəd nəzarəti sistemi" ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib.

Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur. Hazırda sistemin imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
 

Yeni texnologiyanın tətbiqində əsas məqsəd yalnız sərnişinlərin sərhəd nəzarətindən daha sürətli keçirilməsini təmin etmək deyil, eyni zamanda, sərnişin məmnuniyyətinin artırılması, sərhəd nəzarətində rəqəmsal texnologiyaların tətbiq dairəsinin genişləndirilməsi və müasir tələblərə cavab verən effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasıdır.


Bu sistemin tətbiqi Azərbaycanın beynəlxalq hava limanlarında rəqəmsal və innovativ sərhəd nəzarəti infrastrukturunun inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların sərhəd mühafizəsi və sərhəd nəzarəti sahəsinə inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biridir.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir standartlara uyğun təşkili, innovativ texnologiyaların tətbiqi və sərnişinlər üçün daha çevik və rahat xidmət imkanlarının yaradılması istiqamətində fəaliyyət davam etdirilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

Rusiya Zaporojyedə ticarət mərkəzinə zərbə endirdi – VİDEO

Rusiya Zaporojyedə ticarət mərkəzinə zərbə endirdi – VİDEO

İlin son Ay tutulması BAŞA ÇATDI

İlin son Ay tutulması BAŞA ÇATDI

Ramanada kamera quraşdıran 36 yaşlı kişi həyatını itirdi

Ramanada kamera quraşdıran 36 yaşlı kişi həyatını itirdi

Bakıda vəzifəli şəxs vəfat etdi– FOTO

Bakıda vəzifəli şəxs vəfat etdi– FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Norveç Kralı vəfat etdi

Norveç Kralı vəfat etdi

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO