Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Kredit götürərkən və sonradan borcun ödənilməsi prosesində bir çox istehlakçı hüquqlarından tam xəbərdar olmur. Xüsusilə kredit münasibətlərində yaranan müxtəlif vəziyyətlərdə borcalanın hansı imkanlara malik olması və hüquqlarını necə qoruya bilməsi mühüm məsələlərdən biridir.

Bəs kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Bizim.Media xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov “azertag.az”a bildirib ki, kredit götürənlərin çoxunun bilmədiyi hüquqlardan biri bankın təqdim etdiyi borc məbləğinin necə hesablandığını tələb etmək hüququdur.
 

“Yəni bank sizə borcunuzun müəyyən məbləğ olduğunu bildirirsə, siz əsas borcun nə qədər qaldığını, nə qədər faiz hesablandığını, gecikmə ilə bağlı hansı məbləğlərin yarandığını və etdiyiniz ödənişlərin hara yönəldildiyini öyrənə bilərsiniz. Xüsusilə gecikmiş kreditlərdə bu çox vacibdir.


Çünki müştəri uzun müddət ödəniş etdiyi halda əsas borcun niyə azalmadığını başa düşməyə bilər. Belə vəziyyətdə hesab üzrə çıxarışı və borcun hesablanmasını götürüb ödənişləri tarix üzrə yoxlamaq lazımdır. Borcun yekun rəqəmini bilmək kifayət deyil. Həmin rəqəmin necə yarandığını da bilmək lazımdır.

Digər vacib hüquq krediti vaxtından əvvəl tam və ya qismən ödəməklə bağlıdır. Borcalanın əlavə vəsaiti yaranıbsa onu əsas borcun azaldılmasına yönəltmək gələcək faiz yükünün azalmasına təsir edə bilər.

Burada vacib məsələ ödənişdən sonra hesablamanı yoxlamaqdır.

Əlavə ödəniş etdikdə əsas borcun nə qədər azaldığını, bundan sonra nə qədər faiz ödəyəcəyinizi və ödəniş qrafikinin necə dəyişdiyini bankdan dəqiqləşdirmək lazımdır. Kredit vaxtından əvvəl tam bağlanırsa borcun qalmadığını təsdiq edən sənədin alınması da vacibdir. Kredit girov və ya ipoteka ilə təmin edilibsə borc bağlandıqdan sonra həmin təminatla bağlı məhdudiyyətin də aradan qaldırıldığını yoxlamaq lazımdır”, – deyə o qeyd edib.

R.Qaraşov qeyd edib ki, kreditdə gecikmə yaranması borcalanın hüquqlarının bitməsi demək deyil:

“Borcalan bankdan borcun yenidən hesablanmasını və izahını tələb edə bilər, maliyyə vəziyyəti pisləşibsə restrukturizasiya üçün müraciət edə bilər və bankın hesablaması ilə razılaşmadıqda buna etiraz edə bilər. Xüsusilə problemli kreditlərdə hesablanan faizlərin, gecikmə ilə bağlı məbləğlərin və digər ödənişlərin hansı hüquqi və müqavilə əsasına söykəndiyinə baxmaq lazımdır. Bankın tələb irəli sürməsi həmin tələbin bütün hissələrinin avtomatik olaraq mübahisəsiz olması demək deyil. Borcalan hesablamanı yoxlamaq və razı olmadığı hissə ilə bağlı hüquqi mövqeyini bildirmək imkanına malikdir.
 

Çoxlarının bilmədiyi digər məsələ kredit mübahisəsi məhkəməyə çatdıqda da borcalanın müdafiə imkanlarının qalmasıdır. Bankın məhkəməyə müraciət etməsi borcalanın avtomatik olaraq bütün tələb olunan məbləği ödəməli olduğu anlamına gəlmir. Tələb edilən borcun hesablanması, müqavilənin şərtləri, təqdim olunan sübutlar və tətbiq edilə bilən müddətlər ayrıca qiymətləndirilməlidir. Bəzi hallarda iddia müddəti məsələsi də ciddi hüquqi əhəmiyyət daşıya bilər.


Buna görə köhnə kredit borcu ilə bağlı tələb gələndə onun hansı tarixə aid olduğunu və hüquqi baxımdan tələb imkanının necə qiymətləndirildiyini araşdırmaq lazımdır. Məhkəmədən sənəd gəldikdə isə onu cavabsız qoymaq düzgün deyil. Borcalanın etiraz etmək, sübut təqdim etmək və tələb olunan məbləğin düzgünlüyünü mübahisələndirmək hüququ var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Norveç Kralı vəfat etdi

Norveç Kralı vəfat etdi

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

Heç vaxt qazı olmayan kənd - “Bir inəyini verəsən ki, odun alasan” - VİDEO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

XİN: “Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir” – FOTO

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Rayonlarda yaşlılar üçün də “BAĞÇA” var İMİŞ

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

Yeddi uşaq anası 2 milyard dollar itirdi – yenə də qonşu ölkənin ən varlı qadınıdır

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİN: “"Uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olun!”

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DİQQƏT! Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

DSMF iyulda 38 mindən çox vətəndaş müraciətini cavablandırıb

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Yağış yağıb, şimşək çaxıb -FAKTİKİ HAVA

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?

Külək Bakıda iki qadını xəstəxanalıq etdi

Külək Bakıda iki qadını xəstəxanalıq etdi

Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

DİN-dən kirayə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

DİN-dən kirayə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

4 bürc sentyabrda pul yağışına düşəcək

4 bürc sentyabrda pul yağışına düşəcək

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

End of content

No more pages to load

RADİO