Ərdoğan-Bayden görüşündə nə müzakirə olunacaq? – SƏRT SUALLAR 

İyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında NATO-nun zirvə konfransı çərçivəsində görüş keçiriləcək. 

Son illərdə iki ölkə arasında soyuqlaşan münasibətlər Baydenin aprelin 24-də 1915-ci il hadisələrindən danışarkən “erməni soyqırımı” ifadəsini işlətməsi ilə daha da pisləşib. Mövcud situasiya fonunda liderlərin görüşünün Türkiyə-ABŞ əlaqələrinin yeni seyrini müəyyənləşdirəcəyi gözlənilir.

Liderlərin görüşündə əsas müzakirə mövzularından biri “S-400” böhranı olacaq.

NATO-nun iki ən güclü nümayəndəsi arasında uçurum yaradan ən önəmli problem Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini idxal etməsi olub. ABŞ-ın qəzəbinə səbəb olan bu hadisə, Türkiyəyə qarşı sanksiyaları da özü ilə birlikdə gətirib.

Türkiyənin ABŞ-a qarşı mövqeyini daha da kəskinləşdirən digər məsələ isə, rəsmi Vaşinqtonun Suriyada kürd terrorçularını dəstəkləməsi olub. İŞİD-ə qarşı mübarizədə fəal şəkildə istifadə olunan və Ağ Evin açıq dəstəyi ilə Türkiyə sərhədlərində müstəqil siyasət yürüdən YPG qüvvələrinin yavaş-yavaş müstəqil dövlətə çevrilməsi rəsmi Ankaranın haqlı narazılığına səbəb olub. Qonşuluğunda düşmən qüvvənin böyüməsinə qarşı çıxan Ərdoğanın Baydenlə görüşdə bu problemi qabardacağı güman olunur.

“S-400” və Suriya böhranından əlavə tərəflər arasında mövcud olan daha xırda problemlərin gündəmə gətiriləcəyi gözlənilmir.

Ümumilikdə, Baydenin hakimiyyətə gəlişindən sonra Vaşinqton və Ankara arasındakı diplomatiya trafikinin sıxlılğı diqqət çəkməkdədir. İki ölkə rəsmilərinin açıqlamarı tərəflərin mövqelərini açıq şəkildə ortaya qoymaqla görüşün mümkün ssenarisi haqqında fikir bildirməyə imkan yaradır. 

Türkiyənin Suriya krizisində qərarlı mövqeyindən geri addım atması inandırıcı görünmür. Çünki qonşuluğunda terrorçu təsisatın yaranması, Türkiyədə vaxtaşırı qabaran PKK probleminin də böyüməsi ilə nəticələnə bilər.

ABŞ tərəfi mövcud status-kvonun qorunmasında maraqlı olduğu halda Türkiyə problemlərin həllinə daha çox meyilli görünür. Rəsmi Vaşinqtonun mövqeyində qəti olması da müşahidə edilir. Türkiyənin “S-400”-ləri aktivləşdirməsinin qarşısını almaq üçün Baydenin bir sıra məsələlərdə güzəştə getməsi mümkündür.

Tərəflərin ortaq nöqtəyə gələ biləcəyi problemlər isə Liviya və Əfqanıstan ola bilər.

Sadalanan məsələlərdə hər iki ölkənin oxşar maraqlarının olması əməkdaşlığa uyğun zəmin yaradır. Liviyada Türkiyənin varlığı, geosiyasi cəhətdən ABŞ üçün xoş olmasa da, Rusiya dəstəkli qüvvələrə qarşı ortaq düşmənçilik razılaşmanı reallaşdıra biləcək əsas faktor ola bilər. 

Əfqanıstanda Türkiyənin varlığının isə ABŞ üçün çox mühüm əhəmiyyəti var. Çinin sözügedən bölgədə güclənməsinin Ağ Ev üçün qəbuledilməz olduğunu nəzərə alsaq, rəsmi Ankaranın sülhyaratma fəaliyyətində aktiv iştirakına Baydenin dəstək verəcəyini proqnozlaşdırmaq olar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

End of content

No more pages to load

RADİO