“Meta” şirkəti Trampa 25 milyon dollar təzminat ödəyəcək

“Meta” şirkəti 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdan sonra hesablarını dayandırdığı Prezident Donald Trampın şirkətə qarşı açdığı məhkəmə iddiasını həll etmək üçün 25 milyon dollar təzminat ödəməyə razı olub. Bu barədə məsələ ilə yaxından tanış olan üç mənbə məlumat verib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu, böyük korporasiyanın Prezidentlə hüquqi mübahisəni həll etməsi ilə bağlı ən son hadisədir, habelə “Meta” və onun baş direktoru Mark Zukerberqin ABŞ-ın yeni administrasiyasından dəstək almağa çalışan digər böyük texnologiya şirkətlərinə qoşulduğu bir vaxta təsadüf edir.

Müqavilənin şərtlərinə Trampın gələcək prezidentlik kitabxanası kimi xidmət edəcək qeyri-kommersiya təşkilatına veriləcək 22 milyon dollar daxildir. Qalan məbləğ hüquqi xidmətlərin ödənilməsinə və digər məhkəmə proseslərinə yönəldiləcək”, -deyə məlumatda bildirilir.

Mark Zukerberqin vəkili “tərəflər iddiaçıların fərdi iddialarını həll etmək və bu məsələnin nizamlanmasına nail olmaq üçün razılığa gəliblər” desə də, razılaşmanın təfərrüatlarını açıqlamayıb. 2021-ci ilin iyulunda Donald Tramp “Meta” (o vaxtlar “Facebook” kimi tanınırdı), “Twitter” (indiki “X” sosial şəbəkəsi) və “Google”a qarşı məhkəmə iddiası qaldırdı, çünki bu internet nəhəngləri onun platformalarında hesablarına girişi dayandırmışdı. Tramp bu cür hərəkətlərin Konstitusiyaya zidd olduğunu və Birinci Düzəliş hüquqlarını pozduğunu iddia etmişdi. Bu kontekstdə Birinci Düzəliş hökumətin söz azadlığına məhdudiyyətlərinin qarşısını alır və özəl biznesə şamil edilmir.

Keçən ay “ABC News” telekanalı 15 milyon dollar ödəməyə və Donald Trampın aparıcı Corc Stefanopulosa qarşı açdığı böhtan iddiasını həll etmək üçün ictimaiyyətdən üzr istəməyə razılaşıb.

Trampın “CBS News” telekanalına qarşı iddiası hələ də davam edir. Siyasətçi bu prosesdə Kamala Harrisin “60 Dəqiqə” verilişinə müsahibəsinin redaktəsi ilə bağlı seçkiyə müdaxilə iddiası ilə əlaqədar 10 milyard dollar tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İpoteka, daxili kredit, yoxsa faizsiz mərhələli alış? Nərimanovda seçimlər

İpoteka, daxili kredit, yoxsa faizsiz mərhələli alış? Nərimanovda seçimlər

100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?

100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Ramil Səfərovun yeni rütbəsi ilə FOTOSU yayıldı

Ramil Səfərovun yeni rütbəsi ilə FOTOSU yayıldı

10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb – RƏSMİ

10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb – RƏSMİ

Kəlbəcərə dolu düşüb, leysan yağıb -FAKTİKİ HAVA

Kəlbəcərə dolu düşüb, leysan yağıb -FAKTİKİ HAVA

Nigar Fərhadın anası axtarışa verilib?

Nigar Fərhadın anası axtarışa verilib?

Kiberpolisdən kazino əməliyyatları: Daha 3 nəfər saxlanıldı – VİDEO

Kiberpolisdən kazino əməliyyatları: Daha 3 nəfər saxlanıldı – VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ

Tibbdə tarixi ilk – beyin şişi bu üsulla çıxarıldı

Tibbdə tarixi ilk – beyin şişi bu üsulla çıxarıldı

Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu – ÖZƏL

Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu – ÖZƏL

Maksim Qalkin Bakıdan fotolarını paylaşdı

Maksim Qalkin Bakıdan fotolarını paylaşdı

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı QƏRAR

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı QƏRAR

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Bu ünvanlardakı binalar sökülə bilər

Bu ünvanlardakı binalar sökülə bilər

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

End of content

No more pages to load

RADİO