Qarabağın istefa vermiş “polis rəisi” azərbaycanlı çıxdı!.. - Kərimov Kamo Əkbər oğlu...

Xankəndindəki separatçı rejiminxa0 bu gün istefa vermiş “polis rəisi”xa0 Kamo Ağacanyan azərbaycanlı qanı daşıyır.xa0 Onun ad-soyadını eşidəndə xatırladım ki, 2016-cı ildə “Həftə içi” qəzeti üçün apardığım araşdırmadaxa0 Kamo Ağacanyanın atasının azərbaycanlı olması haqda məlumat əldə etmişdik.xa0

Həminxa0 məlumatı Qarabağ qazisi, Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq bəndənizin Dağlıq Qarabağda yaşayan 6 azərbaycanlının kimliyi barədəki yazısını oxuduqdan sonra vermişdi.xa0

Aktuallığını nəzərə alıb Qarabağ qazisinin açıqlamasını bir daha Moderator.az oxucularınınxa0 nəzərinə çatdırırıq:xa0

“Hazırda qondarma “DQR”-in “daxili işlər naziri” statusunda olan Ağacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir. Bu məntəqə keçmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitişik idi, Axulluda azərbaycanlılar yaşayırdı. Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq. Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı tanıyırlar.xa0

Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra o, Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…” Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən hazırda qondarma “DQR” rejiminin “polis rəisi” vəzifəsini daşıyan Kamo Ağacanyandır. O, 2013-cü il martın 25-dən “prezident” Bako Saakyanın əmri ilə həmin vəzifəyə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub. Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və “DQR” polislərinin birgə kollegiya yığıncağında “DQR” “polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə “Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində “DQR” “polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, “Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir. 1971-ci ildə doğulduğu kənd isə Edilli yox, “Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını “Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən “erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir. Ermənicə mənbələri də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın “Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…”

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Qubada ağır qəza: Sürücü vəfat etdi

Qubada ağır qəza: Sürücü vəfat etdi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

End of content

No more pages to load

RADİO