Türkiyə ordusu və ASO-nin Suriyanın Afrin regionunda keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir
Moderator.az xəbər verir ki, türk ordusu Afrinin şimalındakı Bülbül rayonuna aid Bebek Uşağı və Hayran kəndlərini terrorçulardan təmizləyib.
Azad edilən kəndlərdən sonra Afrin mərkəzinə 5 km-dən az məsafə qaldı. Məhv edilən terrorçu sayı isə 3195-ə çatıb.