Yunanıstan əhalisi 2070-ci ilədək 25% azalacaq

Yunanıstan əhalisinin 2070-ci ilə qədər 25% azalacağı gözlənilir. Bu isə Avropa İttifaqının 4 faizlik orta göstəricisindən xeyli yüksəkdir. 2022-ci ildə ölkədə təxminən 77 min körpə dünyaya gəlib ki, bu da son yüz ilin ən aşağı doğum səviyyəsidir. Ölüm halları isə iki dəfə çox olub – 140 min nəfər.

Bizim.Media “Euronews” kanalına istinadla xəbər verir ki, 2021-ci ildə əhalinin son siyahıyaalınması 10 il ərzində ümumi əhali sayının 3,1 faiz azalaraq 10,5 milyon nəfərdən də aşağı düşdüyünü göstərdi. 

Bu, ilk növbədə ölkənin keçirdiyi iqtisadi böhranla əlaqədardır. Böhran illərində yarım milyon insan, xüsusilə əhalinin gənc və təhsilli təbəqəsi ölkəni tərk edib. Qalanlar isə yüksək işsizlik və aşağı əmək haqqı ilə xarakterizə olunan əmək bazarının ağır şərtləri ilə üzləşiblər. 

Problem yunanların sabit karyera və ailə qurmasına mane olur və onları xoşbəxtlik axtarışında xaricə üz tutmağa vadar edir.

Gənc əhalinin sürətlə azalması, doğum səviyyəsinin aşağı düşməsi və əhalinin qocalması onsuz da iqtisadi çətinlikləri olan ölkədə vəziyyəti bir az da ağırlaşdırır. İqtisadçılar pensiya sistemi və səhiyyə xidmətinin təzyiq altında olduğunu bildirirlər.

Yunanıstan hökuməti məsələnin aktuallığını dərk edərək, 2023-cü ildə sırf demoqrafik problemin həlli ilə məşğul olan Sosial Həmrəylik və Ailə Məsələləri Nazirliyini yaradıb. Nazir Sofiya Zaxarakinin rəhbərliyi ilə vergi güzəştləri və yeni doğulmuş uşaqlar üçün dövlət müavinətlərinin artırılması da daxil olmaqla bir sıra tədbirlər həyata keçirilib. Lakin bu islahatların ölkədən kənarda həyatını qurmuş insanları geri qaytaracağı sual altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tibetdə 261 əcnəbi itkin düşüb

Tibetdə 261 əcnəbi itkin düşüb

Bu gün "Zirə" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Bu gün "Zirə" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Donetskdə ukraynalı hərbi əsirlərə işgəncə verən rəis müavininin avtomobili partladıldı - VİDEO

Donetskdə ukraynalı hərbi əsirlərə işgəncə verən rəis müavininin avtomobili partladıldı - VİDEO

Rusiyanın yeni raketləri Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb - FOTO

Rusiyanın yeni raketləri Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb - FOTO

Messinin “İnter Mayami”nin heyətində ilk pokeri - VİDEO

Messinin “İnter Mayami”nin heyətində ilk pokeri - VİDEO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA - VİDEO

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA - VİDEO

Türkiyədə sel suları bəzi əraziləri basdı - FOTO

Türkiyədə sel suları bəzi əraziləri basdı - FOTO

Netanyahunun oğlu ABŞ-dan təxliyə edildi

Netanyahunun oğlu ABŞ-dan təxliyə edildi

Bahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu

Bahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu

Adi ağ çörəyə ispanaq əlavə etdilər – orqanizmdə gözlənilməz dəyişiklik yarandı

Adi ağ çörəyə ispanaq əlavə etdilər – orqanizmdə gözlənilməz dəyişiklik yarandı

Bəzi insanlar öz evlərinin belə yolu tapa bilmirlər – Səbəbləri

Bəzi insanlar öz evlərinin belə yolu tapa bilmirlər – Səbəbləri

“Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

“Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

End of content

No more pages to load

RADİO